22 sentyabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - “Bir uşağının yaşaması üçün ikinci uşağının ətini ona yedizdirənlər...” -  Leninqrad mühasirəsi 
“Bir uşağının yaşaması üçün ikinci uşağının ətini ona yedizdirənlər...” -  Leninqrad mühasirəsi 
07.09.2017, 22:03

8 sentyabr 1941-ci il Leninqrad mühasirəsinin 872 gün davam edən başlanğıc tarixidir. Sovet qoşunlarının müqavimətinə baxmayaraq alman qoşunları məhz bu tarixdən Leninqradın qurudan yolunu kəsməyə nail olublar. Şəhərlə əlaqə yalnız Ladoqa gölü və hava vasitəsi ilə saxlanılıb. Əslində Hitlerin Leninqradı mühasirəyə almaq planı olmayıb. Barbarossa planına görə Adolf Hitler Moskvanın işğalını Leninqradı zəbt etməklə başlamalı idi. Tarixçilərin qənaətinə görə, fürer öz planını məqsədli və düşünülmüş şəkildə dəyişib. Belə ki, Leninqradın işğalında canlı qüvvə və silah-sursat itkisinə yol verməmək, həm də bu işğala vaxt itirməmək üçün Hitler Leninqradı mühasirəyə almaq və vilayətin sakinlərini aclıqdan qıraraq asanlıqla ələ keçirmək niyyətində olub. Faktlar göstərir ki, Hitler qismən də olsa öz öz istədiyinə nail olub. Statistik göstəricilərə görə, Leninqradın mühasirəsi zamanı həlak olan 630 min nəfərdən yalnız 3 faizi artileriya atəşlərindən və hava hücumu zamanı atılan bombalardan ölüb. Amma sonradan aparılan araşdırmalara görə bu mühasirə zamanı ölənlərin sayı SSRİ-nin Nürnberq məhkəməsinə təqdim etdiyi kimi 630 min deyil, 2 milyona yaxın olub.

Modern.az saytı Leninqrad mühasirəsi haqqında yazını təqdim edir.

Almanlar mühasirə zamanı Leninqrad vilayətinin ən böyük ərzaq anbarını bombaladıqdan sonra 2-3 gün ərzində ərzaq qıtlığı bütün şəhəri bürüyüb. Əvvəlcə bunun müvəqqəti olduğunu düşünənlər qısa bir zamanda poblemin aradan qalxacağına ümid ediblər. Amma dəhşətli, ağılasığmaz hadisələr hələ qarşıda idi.

 

 

Şəhərdə dərhal şörəyin “kartoçka” ilə verilməsinə başlanılıb. İşləyənlərə 250, uşaqlara 125 qram çörək. Çörəyin keyfiyyəti haqqında isə həmin dövrdə heç danışmağa belə dəyməzdi. Digər bir tərəfdən 1941-ci ilin qış fəslinin 32 dərəcə soyuqla müşayiət olunması da leninqradlılar üçün yeni faciələrə səbəb olub. İçməli su problemi, evlərin isitmə sisteminin tamamilə dayandırrılması vəziyyəti günü-gündən ağırlaşdırıb.

Aclıqdan, soyuqdan, ən adi xəstəliklərdən ölüm hadisələri adi hala çevrilib. Şahidlərin xatirələrinə görə şəhərin küçələrində kiminsə qəfildən yıxılıb ölməsi heç də təəcüblü bir hadisə sayılmayıb.

Evləri qızdırmaq üçün sakinlər yanmağı mümkün olan hər şeydən istifadə ediblər, kitablardan, mebellərdən, məişət əşyalarından, hətta insan meyitlərindən...

 

 

Hadisələrin canlı şahidi olmuş, “Mühasirəli kitab”ın müəllifi, Sovet İttifaqı Qəhrəmanı yazıçı Daniil Qranin müsahibələrinin birində həmin çətin dövr haqqında fikirlərini belə bölüşüb:

“Yaşamaq uğrunda mübarizə gedirdi. İnsanlar sağ qalmaq üçün bütün vasitələrə əl atırdılar. Qış çox sərt keçirdi. Soyuq qış günlərinin birində küçədə tək dayanmış təxminən 9-10 yaşlı bir oğlan diqqətimi çəkdi. Yaxınlaşıb soruşdum:

 

-         Hava soyuqdur, niyə evə getmirsən?

 

-         Ev də soyuqdur

 

-         Bəs səni evdə gözləmirlər?

 

-         Yox, anam ölüb. İndi onun meytini çarpayıda uzatmışam. Axşam isə atacam sobaya evi qızdırım. Onsuz da o ölüb...

 

Bu cür hallarla tez-tez rastlaşmaq olardı. İnsanların çoxusu bütün mənəvi, insani dəyərlərini itirirdilər. Mən təəccüb edirdim ki, nə yaxşı ki, leninqradlılar bütövlükdə insanlıqdan çıxmırdılar...”

Siçovullarla, göyərçinlərlə, tarakanlarla, hətta öz pişiyini öldürüb əti ilə qidalanmaq normal hal sayılıb. Ən acınacaqlısı isə açlıq hissi artıq şəhər sakinlərinin bəzilərində adam ətinə tamahı da gücləndirib. 1941-ci ilin dekabrında adam əti yeyənlərin sayı 26 idisə, bu rəqəm 1942-ci ilin yanvarında 336 nəfər, həmin ilin fevral ayında isə 494 nəfərə çatmışdır. Bu hələ statistikada göstərilən, bununla bağlı həbs olunanların sayıdır. Bu cür hadisələrlə bağlı arxivlərdə çoxsaylı faktlar var. Hətta belə faktlar da var ki, aclığa dözməyən kişilər qadını sevgi ilə özünə çəlb edərək sonradan onun ətinə “sahib” olmaq üçün  onları öldürməkdən belə çəkinməyiblər.

 

 

Yazıçı Daniil Qranin bununla bağlı çox acı faktları da açıqlayıb:

“Heç vaxt insanın ağlına gəlməyən hadisələrlə hər an rastlaşmaq mümkün idi. Bir uşağının yaşaması üçün ikinci uşağının ətini ona yedizdirən adamlar var idi. Adamlar var idi ki, venasını kəsib qanı ilə uşağını qidalandırırdı. Aclıqdan südü kəsilmiş analar var idi ki, döşünü kəsib uşağına qan əmizdirirdi...”

Bəli, Leninqrad öz tarixinin 872 gününü belə yaşayıb, ağır, zülmlərlə, dözülməyi bəlkə də mümkünlük çərçivəsinə sığışmayan anlarla, amma həm də sakinlərinin sədaqəti ilə...

Bütün bu çətinliklərə baxmayaraq, leninqradlılar, həmçinin, Leninqradın müdafiəsində dayananlar mühasirə zolağında dayanan almanlara təslim olmayıblar. Leninqradın ən ağır günlərində şəhərin müdafiəsində  Azərbaycan döyüşçüləri də -H. Əliyev, H. Bağırov, Səmədov qardaşları, M. Abbasov, M. Hüseynov, C. Əmirov və başqaları da mərdlik nümunələri göstəriblər.


İlham Cəmiloğlu
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib
22.09.2017, 00:56

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Minlərlə niderlandlı qadından pisuar etirazı
22.09.2017, 00:43

Minlərlə niderlandlı qadından pisuar etirazı

Hacıqabulda məsciddən oğurluq
22.09.2017, 00:30

Hacıqabulda məsciddən oğurluq

Bu gündən Məhərrəm ayı başlayır
22.09.2017, 00:14

Bu gündən Məhərrəm ayı başlayır

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO
21.09.2017, 23:55

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Azərbaycan nefti bir qədər də bahalaşdı
21.09.2017, 23:29

Azərbaycan nefti bir qədər də bahalaşdı

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib
21.09.2017, 23:16

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib
21.09.2017, 22:33

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN
21.09.2017, 22:19

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
21.09.2017, 22:04

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU

Ermənistan parlamentinin deputatları Bakıya gəlib
21.09.2017, 21:46

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

İraqda İŞİD-ə qarşı əməliyyat başladı
21.09.2017, 21:27

İraqda İŞİD-ə qarşı əməliyyat başladı

Bərzani Makronun xahişini rədd etdi
21.09.2017, 21:14

Bərzani Makronun xahişini rədd etdi

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO
21.09.2017, 20:59

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Göyçay sakini özünü kanala atıb intihar etdi
21.09.2017, 20:45

Göyçay sakini özünü kanala atıb intihar etdi

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu
21.09.2017, 20:14

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO
21.09.2017, 20:02

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
21.09.2017, 19:53

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.3%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.97%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.7%)
- Məhərrəmlık əsl İslama ziddir(31.9%)