Modern.az

Küveyt Əmiri Ağ Evdə Trampla müzakirələr apardı

Küveyt Əmiri Ağ Evdə Trampla müzakirələr apardı

Dünya

8 Sentyabr 2017, 00:27

Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah ABŞ prezidenti Donald Trampla görüşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdə Şeyx Sabahı Tramp qarşılayıb. Tramp ABŞ-la Küveyt arasında uzunmüddətli bir əlaqə olduğunu bildirib.

ABŞ-ın prezidenti Şeyx Sabah ilə Qətər və digər Ərəb ölkələriylə əlaqələri müzakirə edəcəklərini qeyd edib.

Şeyx Sabah isə öz növbəsində Küveytlə ABŞ arasında münasibətlərin yaxşı olduğunu dilə gətirib. ABŞ-dan daha çox hərbi texnika aldıqlarını ifadə edən Küveyt əmiri son aylarda Birləşmiş Ştatlarla əlaqələrin daha da gücləndiyini və bundan qürur duyduğunu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı