Modern.az

Komitə sədri “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi şərh etdi

Komitə sədri “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi şərh etdi

8 Sentyabr 2017, 11:29

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında "Siyasi partiyalar haqqında" qanuna ediləcək dəyişiklikləri şərh edib. 


"“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər var. Bu təkliflər siyasi partiyaların qeydiyyatı, fəaliyyəti və maliyyə hesabatlılığı ilə əlaqədardır”,-deyə komitə sədri bildirib.

 
Deputat  deyib ki, qanuna təklif olunan dəyişikliklər əsasən maliyyə hesabatlarını təqdim etməyən partiyalarla əlaqədardır.

 

“Burada da əsas məqsəd şəffaflığın təmin olunmasıdır. Maliyyə hesabatlarını təqdim etməyən partiyalar barədə qanuna dəyişiklik edildikdən sonra, hər hansı bir qərar qəbul ediləcək.

 

Hazırda isə partiyaların ləğv edilməsi “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq aparılır. Qanunda göstərilən tələblərə cavab verən partiyalar ya fəaliyyət göstərir, ya da ləğv edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?