Modern.az

24 il Cocuq Mərcanlıda tək yaşayan Oqtay Həziyev: \"Arzularımız gerçəkləşdi”  

24 il Cocuq Mərcanlıda tək yaşayan Oqtay Həziyev: \

8 Sentyabr 2017, 11:38

“24 ildən çox  idi ki, Cocuq Mərcanlıda tək yaşayırdım. İndi özümü o qədər rahat hiss edirəm ki! Sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. İllərlə doğma insanlarla bir yerdə yaşamaq arzularımız gerçəkləşdi”.

 

Bunu Modern.az-a açıqlamasında  24 il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində  ailəsi ilə tək yaşayan Oqtay Həziyev deyib.

 

Kənd sakini bildirib ki, artıq yeni qonşuları da var.

 

“İndi cocuq-mərcanlılar öz doğma kəndlərində yaşayır. Kəndimiz keçmiş görkəmindən daha da müasir olub. Ən əsası insanlar illərdən sonra doğma yurdlarındadır. Bundan xoş təəssürat ola bilməz.

 

Artıq qonşularımız da var. Gənc ailədirlər. Ən əsası beyinləri təmizdir. Kənddə müasir standartlara cavab verən məktəb də tikilib. Sentyabrın 15-dən etibarən övladlarımız daha yaxşı məktəbdə oxuyacaqlar”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır