Modern.az

Akif Cabbarlı: “İctimai Televiziyadan öz istəyimlə çıxdım”  

Akif Cabbarlı: “İctimai Televiziyadan öz istəyimlə çıxdım”    

Media

8 Sentyabr 2017, 12:06

İctimai Televiziyada rəhbər postlarda təmsil olunan 5 nəfər işdən çıxarılıb.

Bunlar  İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün qeyd edilən şəxslər arasında adı keçən İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Cabbarlı ilə əlaqə yaradıb. O bildirib ki, İctimai TV-dən öz istəyi ilə gedib:

“İctimai Televiziya ilə bağladığım müqavilə sona çatıb. Yəni məni işdən çıxarmayıblar. Sadəcə başqa yerdən təklif gəldi və mən də bunu dəyərləndirib istefa ərizəsi verdim. Digər tərəfdən,  hazırda yaradıcılıqla bağlı işlərim də var”.

A.Cabbarlı rəhbərlikdə təmsil olunan digər şəxslərin çıxarılması ilə bağlı hər hansı məlumatının olmadığını da deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır