Modern.az

Türkiyə Qərbdən Şərqə dönür – Astana və Bakı Brüsseli əvəzləyəcək

Türkiyə Qərbdən Şərqə dönür – Astana və Bakı Brüsseli əvəzləyəcək

8 Sentyabr 2017, 15:06

Sentyabr ayında Türkiyə prezidenti Qazaxıstan və Azərbaycanı ziyarət edəcək. Sentyabrın 8-dən 1-nə qədər Qazaxıstanda olacaq Ərdoğan daha sonra Bakıya səfər edəcək.

 

Avropa Birliyi ilə son vaxtlar kəskinləşən münasibətlər fonunda Türkiyə prezidentinin üzün şərqə çevirməsi gözlənilən addımdır. Türkiyə prezidenti Astanada İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya sammitinə qatılacaq.

 

 Sentyabrın əvvəllərində Ərdoğan və Nazarbayev arasında görüşün detalları ilə bağlı telefon danışığı baş tutmuşdu. Sammitdə 80 ölkədən nümayəndə heyətinin qatılması gözlənilir. Tədbir “EKSPO-2017” beynəlxalq sərgisinin bağlanışı ilə əlaqədar keçiriləcək. Sammitin ideyası Qazaxıstan prezidenti Nursultan Nazarabayevə məxsusdur.

 

Türkiyə ilə Qazaxıstan aktiv əməkdaşlıq edən ölkələrdir. Belə ki, 2015-ci ildə Rusiya təyyarəsinin vurulması ilə bağlı başlanan siyasi gərginlik zamanı məhz Qazaxıstan Ankara ilə Moskva arasında vasitəçi rolunu oynayırdı.

 

Yeri gəlmişəkən, Nazarbayev dövlət çevrilişinə cəhddən sonra Türkiyəni ziyarət edən ilk xarici dövlət başçısı idi. Ərdoğan Astana səfəri başa çatan kimi bu dəfə Azərbaycana səfər edəcək və Bakıda prezident İlham Əliyevlə görüşəcək.

 

Türkiyə prezidentinin səfər qrafikindəki sıxlıq heç də təsadüfi deyil. Ankara Avropa Birliyinin dövlət çevrilişinə cəhd zamanı tutduğu gözləmə mövqeyi və apreldə gerçəkləşən konstitusiya dəyişikliyinə sərt reaksiya verməsini qəbul etmir. Ərdoğan Bakı və Astanaya səfər edərək Türkiyənin regiondakı dost ölkələri ilə münasibətləri inkişaf etdirir.

Məhz buna görə son vaxt o, Türkiyənin Avropa Birliyinə üzvlükdə maraqlı olmadığını və öz yolu ilə gedəcəyini vurğulamışdı.  Avrasiya Birliyi ilə gömrük sahəsində aparılan danışıqlar da yeni bloklar və təşkilatlarla danışıqların sürətləndiyini göstərir.

 

Regionda baş verən proseslər Ankaranın Brüssel və Berlindən əlini üzərək Azərbaycan və Qazaxıstana yön aldığını və uzunmüddətli strateji əməkdaşlıq planını nəzərdə tutduğunu göstərir.

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi