Modern.az

İtaliyanın Bakıdakı səfirliyi tələbələrlə bağlı ittihamları cavabladı

İtaliyanın Bakıdakı səfirliyi tələbələrlə bağlı ittihamları cavabladı

8 Sentyabr 2017, 17:56

Bir neçə gündür ki, İtaliya səfirliyinin azərbaycanlı tələbələrə viza verməməsi və  onları təhqir etməsi barədə xəbərlər yayılıb. Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin vətəndaşlarımızla kobud davranışları, onları aşağılamaq cəhdləri eyni zamanda heç bir səbəbdən Şengen vizası verilməməsi ilə bağlı şikayətlərin  artdığı deyilib. 

 

Mövzu ilə bağlı İtaliyanın Azərbaycandakı səfirliyindən  Modern.az-a açıqlama verilib.

 

Bildirilib ki, İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə səfirlik vasitəsilə İtaliya universitetlərinə edilən ilkin qəbul qeydiyyatı və İtaliya universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu avtomatik olaraq viza əldə etmək hüququ vermir.

 

"Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını açıq nəzərdən keçirir. Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq.

 

Səfirlik öz ölkəsində təhsil alan azərbaycanlı tələbələrlə qürur duyur. Ona görə də Azərbaycanın İtaliyadakı səfirliyinin əsas xətti də bu yoluna davam etmək və azərbaycanlı gənclərin ən yaxşı İtaliya universitetlərində oxumaq arzusunu həyata keçirməkdir”

 

Qeyd edək ki, bu il İtaliyada təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı 2016-cı illə müqayisədə iki dəfə artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?