Modern.az

Kiyevdə partlayışda Gürcüstan vətəndaşı öldü - Yenilənib

Kiyevdə partlayışda Gürcüstan vətəndaşı öldü - Yenilənib

9 Sentyabr 2017, 00:44

Kiyevdə avtomobil partlayışında ölən şəxsin kimliyi bilinib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən Gürcüstan vətəndaşı ölüb.

 

“Partlayışa səbəb avtomobilə yerləşdirilmiş partlayıcı qurğu olub. Hadisə nəticəsində ölən kriminal aləmdə yaxşı tanınan Gürcüstan vətəndaşı, 41 yaşlı Timur Maxaurudir. Partlayış zamanı avtomobildə qadın və uşaq olub. Qadın yaralanıb, uşaq isə xəsarət almayıb”, deyə Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko bildirib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

20:29

 

Ukraynanın paytaxtı Kiyevin mərkəzində partlayış olub. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Bessarabskaya meydanının yaxınlığında güclü partlayış nəticəsində avtomobil tamamilə dağılıb. Hadisə nəticəsində avtomobilin sürücüsü ölüb. Maşının salonunda olan qadın yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Hazırda hadisənin səbəbləri araşdıılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər