Modern.az

Nigar Camal: “Həyat yoldaşım məni Eldara qısqanmır"

Nigar Camal: “Həyat yoldaşım məni Eldara qısqanmır"

28 May 2011, 14:34

“Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərindən biri olan Nigar Camal ANS PRESS-ə açıqlamasımda bildirib ki, o, Eldar Qasımovu özünə qardaş hesab edir: "Eldar Qasımov mənim qardaşımdır".
Nigar Camal barələrində gəzən söz-söhbətlərə inanmamağı məsləhət bildi: “Həyat yoldaşım məni Eldara qısqanmır. Eldarla onun çox yaxşı münasibəti var”.

Nigar Camal eyni zamanda övladları üçün də darıxdığını bildirib: “Əlbəttə mən onlar üçün darıxıram. Mən onlarla “Skype” vasitəsilə danışıram, həm də bundan iki gün öncə İngiltərədə idim. Onlar da buraya gələcəklər”.

Eldar Qasımov da öz növbəsində Nigar Camalın övladlarını çox sevdiyini deyib. Onlar üçün darıxdığını deyən Eldar bildirib ki, "deyəsən, Nigarın kiçik qızı mənə vurulub, məni sevir".

Nigar Camal da kiçik qızının Eldara xüsusi sevgi bəslədiyini qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir