Modern.az

Peyğəmbərin behişt meyvəsi adlandırdığı əncirin FAYDASINDAN BƏHRƏLƏNİN

Peyğəmbərin behişt meyvəsi adlandırdığı əncirin FAYDASINDAN BƏHRƏLƏNİN

Mədəni̇yyət

8 Sentyabr 2017, 21:28

Əncirin orqanizm üçün faydalarına nəzər yetirsək peyğəmbərimizin buyurduğu kimi onun həqiqətən də behişt meyvəsi olduğunun bir daha şahidi olarıq.

Çox qədim zamanlardan əncirdən bir vasitə kimi xalq təbabətində geniş istifadə olunub. Elə bu gün də sağlamlığının qayğısına qalanlar əncirin faydalarından yetərincə bəhrələnirlər.

Bəs müalicəvi əhəmiyyəti yüksək qiymətləndirilən əncirin orqanizmə hansı xeyirləri və müsbət təsirləri var?

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir:

 

Əncir təbii enerji mənbəyidir. Uzun sürən xəstəliklərdən, yaxud gərgin fiziki və zehni yorğunluqdan sonra itirilmiş enerjinin bərpası üçün ən yaxşı vasitələrdən biridir.

 

Əzələ və sinir sisteminin inkişafı üçün olduqca xeyirlidir.

 

Orqanizmin immun sistemini gücləndirir.

 

Əncirin ən böyük faydalarından biri ürək damar xəstəlikləri zamanı müsbət təsiridir.

 

Həzm prosesini normallaşdıran əncir, həm də sidikqvucu xassəyə malikdir.

 

Əncir qaraciyər və dalaq xəstəlikləri üçün faydalıdır.

 

Xərçəng xəstəliklərinin profilaktikası üçün əncirdən istifadə ən yaxşı vasitələrdən biri sayıla bilər.

 

Həmçinin, qan təzyiqinin azalmasına müsbət təsiri var.

 

Qanazlığı zamanı əncirin qurudulmuş meyvələri xeyirlidir.

 

İstər təzə, istərsə də qurudulmuş əncir qəbizlikdən əziyyət çəkən insanlara çox yaxşı kömək edir.

 

Əncirin qurudulmuş yarpaqlarından dəmlənən çay bronxial astmaya qarşı faydalıdır.

 

Soyuqdəymə, eləcə də quru öskürək zamanı əncirin təsiri effektlidir. Bunun üçün ənciri süddə qaynadıb onun həlimini qəbul etmək lazımdır.

 

Qurudulmuş əncir bəlğəmgətirici xassəyə malikdir.

 

Bakteriyalardan qorunmağın ən yaxşı vasitələrindən biri müntəzəm olaraq əncir qurusundan istifadə etməkdir.

 

Əncir ümumilikdə orqanizmin vaxtından əvvəl qocalma prosesini ləngidir, insanın bioloji baxımdan cavan qalmasına yardımçı olur.

 

Əncirdən kosmetik vasitə kimi də istifadə olunur. Üz dərisinin sağlam və təravətli görünməsi üçün yetişmiş ənciri doğrayıb üzə sürtmək, 15 dəqiqə saxlamaq və sonra ilıq su ilə yumaq lazımdır.

 

Üz dərisinin gözəl görünməsi üçün digər bir resept. Bir stəkan qaynar suya 25 qram ənciri əlavə etmək, 2 saat onu dəmdə saxlamaq və soyuq halda gün ərzində iki-üç dəfə üzə çəkmək. Nəticə 14 gündən sonra göz qabağında olacaq. Bir aydan sonra isə bu vasitədən istifadə edənlər üz dərilərini heyranlıqla seyr edəcəklər.

 

Amma digər faydalı qida məhsulları kimi əncirin də əks göstəriciləri var. Kəskin mədə-bağırsaq xəstəlikləri, piylənmə və şəkərli diabetdən şikayətlənənlərə əncirdən istifadə məsləhət görülmür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir