Modern.az

Kim deyər gətirir xeyir qocalıq... - QOCALMAĞINIZI BU VASİTƏ İLƏ LƏNGİDİN

Kim deyər gətirir xeyir qocalıq... - QOCALMAĞINIZI BU VASİTƏ İLƏ LƏNGİDİN

8 Sentyabr 2017, 22:07

Qocalıqdan heç kim ağızdolusu danışmaz, hamı şikayətlənər. Bəxtiyar Vahabzadənin misralarında olduğu kimi:

Baharı vermişəm, qış qazanmışam,

İlləri vermişəm, yaş qazanmışam.

Dolunu vermişəm, boş qazanmışam,

Kim deyər gətirir xeyir qocalıq...

Buna görə də insan vaxtında çalışmalıdır ki, qocalığını ləngitsin, yaşa dolanda da şikayətçi olmasın, gümrah olsun.

Xalq təbabətində qocalığa qarşı mübarizə, qocalığı ləngitmə ilə bağlı bir çox sınanmış üsullar var.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazıda onlardan birini, ən sadəsini təqdim edir.

Bunun üçün 200 qram bal, 100 qram təzə çəkilmiş limon şirəsi və 50 qram zeytun yağı lazımdır. Əldə edəcəyiniz bu məhsulların təbii və keyfiyyətli olması vacib şərtdir.

Yuxarıda sadalananları yaxşı qarışdırdıqdan sonra alınmış cövhər istifadəyə hazır olur.

Hazır cövhəri səhərlər acqarnına bir çay qaşığı içmək kifayətdir. Kurs fərdi seçilə bilər. Daha yaxşısı isə yaz və payız fəslində kursu bir ay davam etdirməkdir.

Neçə onilliklər boyu sınaqdan çıxmış bu cövhərdən istifadə edərkən elə ilk günlərdən onun müsbət təsirini hiss edəcəksiniz. O sizin immunitetinizi gücləndirəcək, qaraciyər və damarlarınızı təmizləyəcək, mədə bağırsaq sisteminin normal fəaliyyətini təmin edəcək, itirilmiş enerjiniz bərpa olunacaq, dərinizin rəngi açılacaq, vaxtsız düşən qırışlardan sizi xilas edəcək və ən başlıcası isə özünüzü gümrah hiss edəcəksiniz.

Cövhərdən istifadə etmək qərarına gəldikdə həkiminizlə məsləhətləşməyi də unutmayın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir