Modern.az

Qasırğaya görə 700 min insan təxliyə edildi

Qasırğaya görə 700 min insan təxliyə edildi

Dünya

8 Sentyabr 2017, 23:16

 “İrma” qasırğasının yaxınlaşması ilə əlaqədar 700 min nəfər təxliyə edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, əhali əsasən Kubanın şərq bölgəsindən təxliyə edilib. İnsanlar ölkə ərazisində yerləşən 45 evakuasiya mərkəzi və 39 xüsusi sığınacaqda yerləşdirilir.

 

Hazırda Kubanın bir sıra bölgələrində güclü küləklə müşayiət olunan leysan yağışları yağır. Sahilboyu ərazilər su altında qalıb. 

 

Bundan əvvəl  "İrma" qasırğası Karib adalarında 18 nəfərin ölümünə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı