Modern.az

Daşkənddə 8 ton ağırlığında plov bişirilib - VİDEO

Daşkənddə 8 ton ağırlığında plov bişirilib - VİDEO

9 Sentyabr 2017, 18:44

Daşkənddə “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün 4,2 metr diametri olan qazanda hazırlanan plov dünyada ən böyük plovudur.

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 8 tonluq plovun hazırlanmasında Özbəkistanın hər yerindən 50 aşpaz iştirak edib. Təşkilatçıların məlumatına görə, plovun hazırlanmasına 1500 kiloqram qoyun əti, 450 kiloqram mal əti, 400 kiloqram bitki yağı, 200 kiloqram quyruq yağı, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənib.

Xatırladırıq ki, xüsusi olaraq Özbəkistanda hazırlanan böyük qazanın diametri 4,2 metr, ağırlığı 7070 kiloqram, dərinliyi 1,5 metrdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir