Modern.az

Meksikada 3 günlük matəm elan olundu - Yenilənib

Meksikada 3 günlük matəm elan olundu - Yenilənib

Dünya

10 Sentyabr 2017, 00:54

Meksikada baş verən zəlzələdən sonra dövlət başçısı Enrike Penya Neto həlak olmuş insanların xatirəsinə 3 günlük matəm elan edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki,

zəlzələ nəticəsində 61 nəfər həlak olub, 1142 məktəb binası ciddi zədə alıb.

 

Qeyd edək ki, yeraltı təkanların gücü 8,2 bal təşkil edib.

 

20:35

 

Meksika sahillərində baş verən zəlzələdə ölənlərin sayı artıb.  Modern.az xarici mediaya istinadən xəbər verir ki, zəlzələ qurbanlarının sayı 61 nəfərə çatıb.

Məlumata görə, Oahaka ştatında 25 nəfər həlak olub, 250 nəfər xəsarət alıb, Çyapas ştatında isə 7 nəfər, Tabasko ştatında isə 2 nəfər həlak olub.

Qeyd edək ki, zəlzələn 8,2 bal gücündə Tonala şəhərindən 137 kilometr cənub-şərqdə baş verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı