Modern.az

Rusiya Qara dənizdə hərbi təlim keçir

Rusiya Qara dənizdə hərbi təlim keçir

9 Sentyabr 2017, 21:07

Rusiya Qara dənizdə hərbi təlim keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu gün baş tutan hərbi təlimlər çərçivəsində Utes sistemi vasitəsilə 2 qanadlı raket havaya buraxılıb.

Qara dəniz donanmasının sözçüsü Vyaçeslav Trhaçev bildirib ki, Qara dənizdə baş tutan təlimlər zamanı döyüş gəmiləri əvvəlcədən müəyyən edilən hədəfləri atəşə tutub.

Trhaçev sualtı gəmilərin də təyin edilən nöqtələri Osa raket sistemləri vasitəsilə uğurla hədəf aldığını deyib.

Qeyd edək ki, təlimlərdə 20 döyüş gəmisi iştirak edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?