Modern.az

Orqanizmdə qeyri-ciddi yanaşılan bu dəyişiklik CİDDİ XƏSTƏLİKLƏRİN BAŞLANĞICIDIR

Orqanizmdə qeyri-ciddi yanaşılan bu dəyişiklik CİDDİ XƏSTƏLİKLƏRİN BAŞLANĞICIDIR

Aktual

9 Sentyabr 2017, 21:57

Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri olan. İbn Sinadan ən ağır xəstəliyin hansı olduğunu soruşanda cavab verir ki, insanın öz sağlamlığına laqeyd olması ən ağır xəstəlikdir.

Mükəmməl cavabdır. Müşahidələrimizdən də deyə bilərik ki, ən adi bir xəstəliyə laqeyd yanaşma sonluqda olduqca ağır nəticələrə səbəb olur. 

Həmçinin, orqanizmdə baş verən ən kiçik dəyişiklik belə hansısa bir ciddi xəstəlik haqqında xəbərdarlıqdır. İnsanın keçirdiyi və məhəl qoymadığı adi narahatlıq hər hansı bir orqandakı problemə işarədir.

Tez-tez rastlaşdığımız narahatlıqdan biri də dabanlarda yaranan çatlardır. Bunun səbəbini bilmədən, həkimə müraciət etmədən bu xoşagəlməz halla bağlı insanlar kifayət qədər bəhanələrlə özlərinə təsəlli verirlər. Bunun səbəbini ya narahat və keyfiyyətsiz ayaqqabılarda, yaxud gün ərzində çox piyada gəzməkdə, ayaq üstə durmaqda görürlər. Təəssüf ki, bu cür fikirdə olanlar yanılırlar.

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir. 

Dabanlarda çatların yaranma səbəbləri aşağıdakı xəstəliklərdən ola bilər:

 

Maddələr mübadiləsinin pozulması

 

Qalxanabənzər vəzin xəstəlikləri

 

Diabet

 

Qastrit

 

Yolxucu xəstəliklər

 

Dəri xəstəlikləri

 

Həmçinin, bu xoşagəlməz hala səbəb orqanizmdə A və E vitaminlərinin çatışmazlığı da ola bilər. Bunlarla yanaşı, artıq çəki, qan dövranında yaranmış problemlər dabanlarda çatların yaranmasına gətirib çıxarır.

Daban çatlarının yaranmasının başlıca səbəblərindən biri də ayaqlara vaxtlı-vaxtında qulluq göstərilməməsidir. O cümlədən, dar və süni dərilərdən tikilmiş ayaqqabılar da bu problemin ortaya çıxmasının əsas səbəblərindən biridir.

Profilaktik tədbir kimi həftədə 3 dəfədən az olmayaraq ayaq vannaları etmək lazımdır. Xüsusilə, sodalı vannalar daha effektli olur. Ayaq dərisini, dabanları yumşaq saxlamaq üçün xüsusi ayaq kremlərindən istifadə etmək də müsbət nəticə verir.

Amma bütün bunlardan əvvəl dabanlarda yaranmış çatların səbəbini aydınlaşdırmaq və bu səbəbi aradan qaldırmaq üçün həkimə müraciət olunmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir