Modern.az

ABŞ müsəlmanların durumuna görə çox narahatdır

ABŞ müsəlmanların durumuna görə çox narahatdır

Dünya

10 Sentyabr 2017, 00:24

"ABŞ Banqladeşə sığınan 270 min arakanlının durumuna görə çox narahatdır. Yardıma ehtiyacı olan insanlara humanitar yardımın çatdırılması üçün bu işdə maraqlı olan tərəfdaşlarımızla çalışırıq". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Hizer Noyert bildirib.

ABŞ rəsmisi Myanmadan qaçaraq Banqladeşə sığınan qaçqınlara humanitar yardım göstərilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, bir müddətdir Myanmanın Arakan ştatında yaşayan müsəlmanlar hökumət qüvvələri ilə buddist rahiblərin zülmünə məruz qalır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür