Modern.az

Əfqanıstanda 33 dinc sakini oğurlanıb

Əfqanıstanda 33 dinc sakini oğurlanıb

Dünya

10 Sentyabr 2017, 20:29

Əfqanıstanda 33 dinc sakini oğurlanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Cauzdan vilayətinin Quş Təpə rayonunda qeydə alınıb.  Quş Təpə administrasiyasının rəhbəri Aminulla Aminin verdiyi açıqlamaya görə, hadisəni "Taliban" hərəkatının və İŞİD terror qruplaşmasının silahlıları törədib.

Bildirilir ki, dinc sakinlərdən 13-ü Çakma Çuxur yaşayış məntəqəsində oğurlanıb. İŞİD silahlıları Quş Təpədən Şibarqan şəhərinə gedən nəqliyyat vasitəsini saxlayaraq, sərnişinləri taliblərlə əlaqədə ittiham ediblər. Bundan sonra onları oğurlayıblar.

Eyni zamanda taliblər də Quş Təpənin Qardan vilayətində 20 dinc sakini İŞİD-lə əlaqədə ittiham edərək oğurlayıblar. Dinc sakinlərin olduğu avtobus Cauzdan vilayətinin Derzab rayonundan Şibarqana gedirmiş.

Aminin sözlərinə görə, oğurlananların yeri məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?