Modern.az

Ukraynaya daxil olan Saakaşviliyə cinayət işi açılıb - YENİLƏNİB

Ukraynaya daxil olan Saakaşviliyə cinayət işi açılıb - YENİLƏNİB

10 Sentyabr 2017, 21:59

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna ərazisinə daxil olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş qubernator tərəfdarları ilə birgə Ukrayna-Polşa sərhədində sərhədçiərin kordonunu yarmağa müvəffəq olublar.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Saakaşvili qanunvericilik çərçivəsində hüquqlarının bərpasına çalışacağını bildirib.

Daha sonra Mixail Saakaşvili silahdaşları ilə avtobusa əyləşərək Lvova yola düşüb.

***

Ukrayna polisinin yaydığı xəbərə görə, artıq Mixail Saakaşviliyə ölkə sərhədlərinin qanunsuz keçməyə görə cinayət işi açılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...