Modern.az

Supervulkanların püskürməsi bəşəriyyətin 99 faizini məhv edə bilər

Supervulkanların püskürməsi bəşəriyyətin 99 faizini məhv edə bilər

10 Sentyabr 2017, 23:34

Supervulkanların püskürməsi bəşəriyyətin 99 faizini məhv edə bilər. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, NASA-nın mütəxəssisləri bu qənaətə gəlib. Onların fikrincə bu təhlükə yerə asteroidlərin yağması və 3-cü dünya müharibəsindən qat-qat təhlükəlidir.

 

Amma ekspertlər xilas planı da təklif edirlər.Tədqiqatlara görə hazırda dünyada 20-ə yaxın supervulkan var ki, onların faiciəvi püskürməsi təxminən hər 100 min ildən bir baş verir.

 

Amma alimlər hesab edir ki, bu vulkanları soyutmaqla bu faciədən qaçmaq da olar. Alimlər ABŞ-dakı “Yelloyston” vulkanını daha təhlükəli hesab edirlər, əgər bu vulkan püskürsə ətrafdakı 97 kilometrlik ərazidə hər şeyi məhv edəcək.

Hesablamalara görə həmin əraziləri 1 metrlik kül qatı basacaq, havaya qalxan kül və qaz nəticəsində isə yerdə “vulkan qışı” başlayacaq və bu 10 illərlə davam edə və milyonlarla adamın ölümünə səbəb ola bilər.

 

Bununla belə alimlər hesab edir ki, bu yəqin ki, müasir insanın həyatında baş verməyəcək, ona görə də qarşısını almaq üçün hələ ki, vaxt var.Alimlər deyir ki, vulkan quyularını soyutmaq üçün ora su vurmaq lazımdır və bundan elektrik enerjisi də əldə etmək olar.

 

Belə ki, su quyuya vurulduqdan sonra qaynar şəkildə quyunun səthinə qalxacaq ki, bundan da elektrik enerjisinin istehsalında istifadə etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?