Modern.az

Trampın iflasa uğrayan Yaxın Şərq siyasəti - TƏHLİL

Trampın iflasa uğrayan Yaxın Şərq siyasəti - TƏHLİL

11 Sentyabr 2017, 17:19

Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasından 8 aya yaxın vaxt keçir. Seçkiqabağı ABŞ-ın Suriya və Yaxın Şərq sikayətini, Rusiya ilə korlanan münasibətlərini, Obamanın sığortası ilə bağlı gerçəkləşdirdiyi “Obamacare” proqramını sərt şəkildə tənqid edən Tramp, prezident seçiləcəyi təqdirdə İŞİD-i məhv edəcəyini, Rusiya ilə münasibətləri nizama salacağını, ABŞ-a hərbi qüdrətini yenidən geri qaytaracağını bəyan etmişdi.

 

Lakin bu 8 ayda ümidlə gözlənilən vədlərin heç biri tam icra olunmayıb, əksinə, ABŞ-ın beynəlxalq imici xeyli zədələnib.

Rusiya ilə münasibətlər Obama dövründə olduğundan da aşağı səviyyəyə enib, diplomatların qarşılıqlı deportasiya olunub, San-Fransiskodakı Rusiya və Vladivostokdakı ABŞ konsulluğunun bağlanıb.

Bu şəraitdə Donald Tramp Kremllə əlaqələrin nizamlanmasına qarşı Tramp administrasiyasının atdığı bütün addımları bloklayır. Prezident seçkilərinə Rusiyanın Trampın xeyrinə müdaxilə etməsi ilə bağlı başlanan qalmaqal da, Ağ Evə təşəbbüslərini gerçəkləşdirməkdə mane olur.

 

Digər tərəfdən, Tramp Yaxın Şərqlə bağlı geniş planlarının olduğunu açıqlamışdı. Lakin mayın 23-də ilk xarici səfəri çərçivəsində İsrail, Fələstin, Səudiyyə Əərbistanına ziyarət edən zaman yeni prezident dünyanın ən qeyri-stabil regionuna yeni sülh təklifi gətirə bilmədi. Əksinə, Ər-Riyadda 50-yə qədər müsəlman ölkəsinin liderinin iştirak etdiyi ABŞ-İslam sammitində bir çox ölkələr yeni silahların satılması ilə bağlı müqavilələr imzalandı.

“Yaxın Şərq xalqları ABŞ-ın öz hərbi gücü ilə onların düşmənlərini məhv edəcəyini gözləməməlidir”-deyə sammitdə çıxış edən Tramp İranı regionda stabilliyi pozmaqda ittiham edərək, Suriya və Yəmənə maliyyə yardımı ayırmaqda ittiham etmişdi.

 

Digər tərəfdən, ABŞ-ın İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməklə bağlı açıqladığı planlar Trampı həm ölkə daxilində, həm də xaricində ciddi tənqidlərlə üz-üzə qoymuşdu. Buna qədər heç bir amerikalı prezident bu riskli addımı atmağa cürət etməmişdi. Əslində, səfirliyin Qüdsə köçürülməsi Yaxın Şərqdə İsrail-Fələstin barışığı ilə bağlı Vaşinqtonun buna qədər təşəbbüs göstərdiyi bütün sülh təkliflərinin iflasa uğraması demək idi.

 

Trampın Yaxın Şərqə sülh gətirmə səylərinin yetərli olmadığı hələ seçkiqabağı dövrdə özünü biruzə verirdi.

“Yaxın Şərq total xaos içindədir. İstədim ki, bu regiona sərf etdiyimiz 4 ya 5 trilyon dollar ABŞ üçün xərclənərdi”.

 

Regionda son zamanlar artan zorakılıq, Fələstin muxtariyyətinin lideri Mahmud Abbasla İsrail baş naziri Benyamin Netanyahu arasında qarşılıqlı ittihamlar və Suriyada davam edən vətəndaş müharibəsi Yaxın Şərqi daim gərginlikdə saxlayır.

 

Digər tərəfdən isə Trampın Yaxın Şərq turnesindən 1 həftə sonra Səudiyyə Ərəbistanı başda olmaqla 8 ərəb ölkəsinin Qətərlə diplomatik münasibətləri kəsməsi və onu terror maliyyələşdirməkdə ittiham etməsi Donald Trampın regiona yeni gərginlik gətirməsi kimi qəbul olundu.

 

Görünən odur ki, Donald Tramp administrasiyasının davamlı Yaxın Şərq konsepsiyası mövcud deyil və dünyanın bu narahat regionu hələ çox fəlakətlər çəkəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi