Modern.az

Fuad Muradov Avronest PA-nın komitə iclasında iştirak edəcək

Fuad Muradov Avronest PA-nın komitə iclasında iştirak edəcək

11 Sentyabr 2017, 20:02

Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında nümayəndə heyətinin rəhbəri Fuad Muradov sentyabrın 12-dən 17-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, deputat Avronest PA-nın Büro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələrlə birgə iclaslarında iştirak edəcək. Büro iclasında  Avronest PA-nın 6-ci Plenar sessiyasının gündəliyi, qurumun prosedur qaydalarına dəyişikliklər və funksiyaları ilə bağlı müzakirələr aparılacaq. Toplantıda Avronest PA tərkibində Assosiasiya Sazişi imzalamış ölkələrin müvəqqəti işçi qrupu üzvlərinin təyin olunması, Şərq tərəfdaşlığı ölkələrində mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə də baxılacaq.

 

Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin Avronest PA-ya üzv ölkələrlə birgə iclasında 2017-ci ilin noyabrında keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə əlaqədar, Avropa İttifaqının Şurasına, Avropa İttifaqının komissiyasına ünvanlanacaq tövsiyələrlə bağlı qətnamələr müzakirə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir