Modern.az

\"Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsi qərarını alqışlayırıq\" - İsrail XİN

\

11 Sentyabr 2017, 21:26

İsrail Xarici İşlər Nazirliyi Azərbaycanın bloqqer Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

 

Onun sözlərinə görə,  həbsdə olduğu müddət ərzində İsrail diplomatları A.Lapşinə müvafiq dəstək göstəriblər: "Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq. Onu tezliklə İsraildə görməyə şad olacağıq".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir