Modern.az

“Jurnalistlər gərək, yaşlı sənətkarla maraqlansınlar” – Kamil Cəlilov

“Jurnalistlər gərək, yaşlı sənətkarla maraqlansınlar” – Kamil Cəlilov

12 Sentyabr 2017, 00:04

“Səhhətim şükürlər olsun ki, çox yaxşıdı. Hər gün məscidə gedirəm. Oradakı insanlarla söhbət edirəm, fikirlərimizi bölüşürük. Sağ olsunlar, xalq da, jurnalistlər də mənim xətrimi çox istəyir. Jurnalistlər gərək, sənətkarlarla, xüsusən də, yaşlı sənətkarlarla maraqlansınlar. Görsünlər ki, necəyik, səhhətimiz necədir, nə kimi işlər görürük..."

 

Bunu Modern.az saytına açıqlamasında qocaman sənətkar, mahir qaboy ustası, Xalq artisti Kamil Cəlilov deyib. Səhhətindən və hazırki işlərindən danışan Xalq artisti hər şeyin yolunda olduğunu bildirir:

 

“Biz bu gün də işləyirik. Amma gərək, bunu jurnalistlər də bilsinlər. O günlərdə televiziyadan yanıma gəlmişdilər. Aşıq Şakir haqqında məndən soruşdular. Mən cavan olanda onunla birgə işləmişəm. Şirvan şikəstəsini hazırlamışıq. Bu cür xatirələrim çoxdu. Onların hamısı mənim haqqımda yazılan kitabda yer alacaq”.

Qeyd edək ki, Xalq artisti Kamil Cəlilov Azərbaycanda qaboy alətinin ən mahir ifaçısı sayılır. İctimaiyyət daha çox hüznlü 20 yanvar günlərində onun “Segah” ifasını eşitsə də, sənətkar İfa "Bayatı-Kürd", "Segah", "Zəminxarə", "Bayatı-Şiraz", "Rahab", "Zabul", "Humayun" və ritmik muğamlardan "Qarabağ şikəstəsi"ni də səsləndirib. “Azərbaycan təranələri” və başqa tanınmış melodiyaları isə özü bəstələyib.

Onun balaban ilə çaldığı melodiya Voyager qızıl plastinkasına daxil olub.

 

 

N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir