Modern.az

AzTV-də kadr dəyişiklikləri - Telekanalda nə baş verir?  

AzTV-də kadr dəyişiklikləri - Telekanalda nə baş verir?   

12 Sentyabr 2017, 15:46

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Elsevər Dünyamalıyevlə sədr Arif Alışanov arasında münasibətlərin pozulması barədə  BakuPost.az məlumat əldə edib.

Məlumata görə, AzTV-nin "boz kardinalı” kimi məşhurlaşan E. Dünyamalıyevlə Arif Alışanov arasında "soyuq müharibə” başlayıb. İddia olunur ki, buna səbəb Alışanovun müavininin onun yerinə göz dikməsi və televiziyada, həmçinin aidiyyəti orqanlarda buna dair əlaltından işlər aparmasıdır. Bildirilir ki, onun gizli işlərindən xəbər tutan Arif Alışanov dərhal hərəkətə keçib və birdən-birə yüksək etimad göstərdiyi Dünyamalıyevin səlahiyyətlərini azaldıb. Digər məlumatlara görə AzTV-də kütləvi işdən çıxarılanlar var.

Modern.az saytına daxil olan məlumata görə isə tanınmış şair-publisistBəxtiyar Qaraca Mədəniyyət kanalının direktor müavini vəzifəsindən azad edilib.

Modern.az mətbuatda yazılanlarla bağlı AzTV-nin mətbuat katibi Xatirə Qasımla əlaqə saxlayıb. O, yazılanlara belə reaksiya verib.

“AzTv-nin sədr müavini Elsevər Dünyamalıyevlə bağlı deyilənlər və yazılanlar dezinformasiyadır. Biz dezinformasiyaları şərh etmirik”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir