Modern.az

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyi Qətərlə bağlı məlumat yaydı

Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyi Qətərlə bağlı məlumat yaydı

12 Sentyabr 2017, 16:03

 

Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri dövləti, Bəhreyn Krallığı və Misir Ərəb Respublikası bəyan ediblər ki, Küveyt dövlətinin Əmirinin vasitəçiliyini, Qətər hakimiyyətinin düzgün yola qaytarılması ilə bağlı gördüyü təqdirəlayiq səyləri, həmçinin Qətərin on üç tələbi tanımağa və onun ətrafında dialoq aparmağa hazır olması haqqında onun verdiyi bəyanatı yüksək qiymətləndirir.

 

Bu haqda Modern.az-a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən məlumat verilib

 

 

“Bu dörd dövlət vurğulayır ki, tələblərin yerinə yetirilməsi ilə bağlı aparılacaq dialoqa heç bir ilkin şərtlər qoyulmamalıdır. Eyni zamanda vasitəçiliyin hərbi müdaxiləni dayandırılmasında uğur qazandığı ilə bağlı Küveyt Əmirinin dediyi sözdən təəssüfünü bildirir. Bu dövlətlər qəti vurğulayır ki, hərbi variant heç bir halda nəzərdən keçirilməyib və keçirilməyəcək”-deyə səfirliyin məlumatında deyilir.

 

Qeyd olunub ki, Qətərlə bağlı yaranan böhran tək Körfəz ölkələri ilə bağlı olmayıb, bir çox ərəb və müsəlman dövlətlərini əhatə edir.

 

“Bu dövlətlər Qətərin müdaxilələri və terrora dəstək verməsi ilə bağlı mövqelərini bildiriblər. Amma dünyanın digər elə dövlətləri var ki, Qətərin onun daxili məsələlərinə nüfuz etməsi səbəbindən öz mövqeyini bəyan etməyə imkan tapmır. Həmin dövlətlər Qətərin keçmişdə çevrilişlərə dəstək verməsi, terror, ekstremist ideologiyalar və nifrətçilik yayan çıxışlara qucaq açıb, maliyyələşdirməsi təcrübəsinin olduğunu nəzərə alaraq bu işdən çəkinirlər.

 

Küveyt Əmirinin açıqlamalarından sonra Qətər xarici işlər nazirinin etdiyi çıxış təsdiq edir ki, dörd dövlətin öz maraqlarını qanuni və suveren formada qorumaq üçün gördükləri boykot tədbirləri qaldırılmayınca Qətər dialoqu rədd edəcək. Qətərin dialoq üçün ilkin şərtlər irəli sürməsi göstərir ki, o, dialoq aparmaq, terrora və onun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq, dövlətlərin daxili işinə qarışmamaq məsələlərində ciddi deyil.

 

Dörd dövlət, böhranın həll edilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampın qətiyyətli mövqeyini yüksək dəyərləndirir”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?