Modern.az

Dünyanın ən təhlükəli şəhərləri: GEDƏNDƏ EHTİYATLI OLUN

Dünyanın ən təhlükəli şəhərləri: GEDƏNDƏ EHTİYATLI OLUN

Dünya

12 Sentyabr 2017, 22:09

Modern.az dünyanın bir neçə mətbu orqanlarının saytlarına istinadən, dünyada ən çox cinayət törədilən şəhərləri təqdim edir:

 

Karakas (Venesuella) - daha çox narkotikə meyl edənlər, həmçinin, “ağ ölüm”ün alış-satışı ilə məşğul olan və bununla da kifayət qədər güclənən dəstələr şəhərdə ölüm hadisələrinin əsas səbəbkarlarıdırlar. Turistlər də bəzən, bu səbəbdən çətin anlar yaşamalı olurlar;

 

Keyp Taun (Cənubi Afrika Respublikası) - Şəhərdəki sosial durum aşağı səviyyədədir.  Əsasən də, Cənubi Amerika qitəsindən okeanı adlayaraq ora gələn turistlər zaman-zaman acı aqibətlə üzləşiblər. Şəhər ən çox cinayətlərin törədildiyi yerlərdən biridir;

 

Rio De Janeyro - Ötən il Yay Olimpiya Oyunları kimi nüfuzlu idman bayramına ev sahibliyi edən şəhərdə bu gün də uşaq ölümlərinin, turistlərə qarşı soyğunçuluğun sayı azalmaq bilmir;

 

Qvatamela şəhəri (Qvatamela) - Kasıb ölkənin eyni adlı paytaxtı dünyada ən çox qaydaların pozulduğu şəhərdir. Baş verən cinayətlərin əksəriyyəti də qətl hadisələridir;

 

Akapulko – Meksika şəhərində il ərzində hər 100 min insandan 142-si cinayətin qurbanı olur;

 

Bağdad (İraq) - Qoca Şərqin bir zamanlar mədəniyyət mərkəzi olan Bağdadda cinayət və ölümlərin səbəbini deməyə dəyməz. Bu, artıq uzun illərdir ki, hamının bildiyi bir gerçəklikdir. Ölkədə gedən müharibələr, terror qruplarının “fəaliyyəti”, neçə ildir ki, dinc əhalini rahat oturmağa qoymur. Burada insanlar daha çox törədilən terror hadisələrinin qurbanı olurlar;

 

Kabul və Karaçi – Əfqanıstan və Pakistan şəhərləri olan bu yaşayış məntəqələrini insanlar üçün təhlükəli edən oradakı terror aksiyalarıdır. Hər iki şəhər dünyanın ən təhlükəli şəhərləri arasında yer almaqdadır;

 

San Pedro Sula (Honduras) - Dünyanın ən təhlükəli şəhəri hesab edilir. İl ərzində ən çox cinayət bu şəhərdə törədilir. Belə ki, şəhərin hər 100 min sakinindən 169-u müxtəlif cinayətlərin qurbanı olurlar.

 

N.Nihad

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?