Modern.az

Moskvaya gedən azərbacanlı QHT sədri ermənilərlə skandal yaşayıb

Moskvaya gedən azərbacanlı QHT sədri ermənilərlə skandal yaşayıb

31 May 2011, 11:17

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev və Azərbaycan Liberal Demokrat  Partiyasının sədri Fuad Əliyev MDB Dövlətləri İnstitutunun direktoru, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin dəvəti ilə qatıldıqları MDB Dövlətləri İnstitutunun 15 illik yubileyi ilə  bağlı mayın 26-da Moskvanın "Prezident oteli"ndə keçirilən ilk iclası yarımçıq tərk ediblər. Buna səbəb K.Zatulinin iclasda separatçı Dağlıq Qarabağ rejimini "Dağlıq Qarabağ Respublikası" elan etməsi və bu rejimin "xarici
işlər nazirinin müavini" Atacanyan Abqaroviçə söz verməsi, onun ardınca  isə Atacanyandan separatçı rejimin rəhbəri Bako Saakyanın təbrik məktubunun ayaqüstə böyük sevinclə qəbul etməsi olub. Bunu bütün  Azərbaycan xalqı üçün hörmətsizlik hesab edən C.Şahverdiyev elə oradaca etirazını şifahi və yazılı surətdə Zatulinə bildirərək tədbiri tərk edib. Eyni zamanda o, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə gedərək səfirliyin rəsmisi Fəridə Ağazadəni məlumatlandırıb. Etiraz məktubunda QHT rəhbəri bildirib ki, dünyanın heç bir dövləti, o cümlədən Ermənistan Dağlıq Qarabagön müstəqilliyinin tanımadığı halda, belə
beynəlxalq tədbirlərdə onu "DQR" kimi ictimaiyyətə çatdırmağın özü münaqişənin sülh yolu ilə həllini çətinləşdirməyə xidmət edir. Mayın 27-də isə Zatulin C.Şahverdiyev və F.Əliyevin qaldığı "Park İnn Sadu" otelinə institutun əməkdaşı Eqma Xasbanı göndərərək onu növbəti gün
keçiriləcək iclasda və veriləcək ziyafətdə iştiraka dəvət edib. Lakin  onlar Zatulinin dəvətini rədd ediblər.
"Novosti Armenia" (www.newsarmenia.ru) agentliyi bu tədbirlə bağlı 26.05.2011 saat 16:39-da verdiyi xəbərdə Dağlıq Qarabağı tanınmamış respublika kimi
göstərib. İnstitutun öz saytında isə ümumuyyətlə bu məsələyə toxunulmayıb.
C.Şahverdiyev Modern.az-a bildirib ki, Azərbaycan nümayəndə heyəti Azərbaycana gələrkən də ermənilərin təxribatı ilə də üzləşiblər. Belə ki, onların Domodedova aeroportuna yol salınmasına bir müddət maneçilik törədilib.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır