Modern.az

Saakaşvili tapıldı - O, yeni mitinqin anonsunu  verdi

Saakaşvili tapıldı - O, yeni mitinqin anonsunu  verdi

Aktual

13 Sentyabr 2017, 12:23

Bir neçə saat öncə Mixail Saakaşvilinin itməsi ilə bağlı xəbər yayılmışdı.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidentinin yaxın əhatsindən daxil olan məlumata görə o, bu gün saat 18:00-da Çernovets şəhərində mitinq təşkil edəcək.

 

Saakaşvilinin yaratdığı “Yeni Qüvvələr Hərəkatı”nın təşkil edəcəyi mitinqə Poroşenko hakimiyyətindən narazı olan qüvvələrin toplaşacağı bildirilir.

 

Bundan əvvəl, Mixail Saakaşvilinin gecə radələrində Lvovda qaldığı mehmanxananı tərk edərək naməlum istiqamətdə yoxa çıxdığı bildi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır