Modern.az

İstanbulda azərbaycanlı şəhidlə bağlı kitab çıxdı

İstanbulda azərbaycanlı şəhidlə bağlı kitab çıxdı

13 Sentyabr 2017, 12:30

Türkiyədə Mərmərə Universitetinin professoru, türk dünyasının tanınmış bilim adamı Okan Yeşilotun təşəbbüsü bu ölkədə İrəvan türklərinə və azərbaycanlı şəhid Malik Səlimliyə həsr olunan iki kitab oxuculara təqdim edilib.

 

Modern.az xəbər verir ki, hər iki kitab “Yeditepe” nəşriyyat evində dərc olunub.

 

“Revan türkleri” adlı kitabda ermənilərin mənşəyi, türklərin sürgün tarixi, Türkmənçay müvqaviləsi, İrəvan xanlığının tarixi, mədəniyyəti, Cənubi Qafqaz və Rusiyanın  region siyasəti, azərbaycanlı qaçqın və məcburi köçkünlər və.s kimi mövzular əhatə olunub. Əsər Nina Lazareva Sadıkoğlu tərəfindən rus dilinə tərcümə edilib.

 

Okan Yeşilotla yanaşı, kitabın Nesrin Sarıahmetoğlu, Hayrı Çapraz, Hatəm Cabbarlı kimi müəllifləri də var.

 

Digər kitab “Malik Selimlinin Yarım Kalmış Günlüğü” adlanır.  Kitabda 1992-ci ildə Ağdam ətrafında gedən döyüşlərdə şəhid olan Malik Səlimlinin gündəliyi türk dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərinə də tərcümə edilib. Bu kitab da professor Okan Yeşilotun redaktorluğu ilə işıq üzü görüb.

 

Qeyd edək ki, professor Okan Yeşilot Azərbaycan tarixi, mətbuatı ilə bağlı çoxsaylı kitabların müəllifidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub