Modern.az

Natiq Əliyev hələ də nazir kimi göstərilir - FOTO  

Natiq Əliyev hələ də nazir kimi göstərilir - FOTO   

13 Sentyabr 2017, 12:50

Bəzi nazirliklərin, qurumların rəsmi saytlarında məlumatlar yenilənmir.

Modern.az-ın məlumatına görə, belə qurumlardan biri də Energetika Nazirliyidir.

Belə ki, hələ də nazirliyin rəsmi səhifəsinin “Nazirlik” adlı bölməsində Natiq Əliyev nazir kimi göstərilib.

 

Məsələ ilə bağlı saytımıza açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, bəzi dövlət orqanları var ki, onların saytlarında köhnə məlumatlar qalmaqdadır.

“Bir sıra nazirliklər var ki, onların məlumatlarının dəyişildirilmədiyinin şahidi olarıq. Amma bu hüquqi və siyasi cəhətdən səhv deyil. Bu, kargüzarlıq, idarəçilik baxımından səhvdir. Nazirliklərin rəsmi səhifələrində bütün məlumatlar yenilənməlidir. Natiq Əliyev vəfat etdiyinə görə, elektron və kargüzarlıq sənədlərində dəyişikliklər etmək zəruridir. Bunu vaxtında etmək lazımdır. Çox təəssüflər olsun ki, bəzi dövlət orqanlarında bu məsələlərə dırnaqarası baxılır və ləngidilir”.

 

Qeyd edək ki, N. Əliyev bu il iyunun 8-də vəfat edib. O, Bakıdakı II Fəxri Xiyabanda dəfn edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi