Modern.az

Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV

Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV

13 Sentyabr 2017, 13:05

Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunacaq. Modern.az-ın əldə etdiyi məlumata görə, bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Onkologiya , Travmatologiya və ortopediya, Uşaq cərrahlığı kafedralarının müdirlərinin vəzifədən kənarlaşdırılması gündəmdədir.

Urologiya kafedrasının hazırkı rəhbəri sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyevdir.  O, 1990-cı ildən ATU-da kafedra müdiri kimi fəaliyyət göstərir.


Oftalmologiya kafedrasının  hazırkı müdiri tibb elmləri doktoru, məşhur oftalmoloq Paşa Qəlbinurdur. O, 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərir.


Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə  rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir.
Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.

Uşaq cərrahlığı kafedrasının hazırkı rəhbəri Çingiz Quliyev 1995-ci ilin may ayından bu postu tutur.
Modern.az-a verilən məlumata görə, yeni kafedra müdirinin tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxovun olacağı gözlənilir.

Modern.az saytı kafedra müdiri vəzifəsinə gətiriləcəyi bildirilən namizədlərlə əlaqə saxlayıb. Əməkdaşımız onlardan kafedraların hazırkı vəziyyəti, hansı dəyişikliklərin edilməsinin mümkünlüyü, yeniliklər ətrafında həmsöhbət olmağa çalışıb.

Travmatoloq-ortoped Cəfər Nəsirli kafedra ilə bağlı şərh verməyin düzgün olmadığı qeyd edib. Lakin  ümumi olaraq bildirib ki,  travmatologiya istiqamətində dünyada olan bir sıra gəlişmələri kafedrada da tətbiq etmək olar.

Uşaq cərrahı Ramiz Poluxov da ümumi danışıb. O, kafedrada iş getdiyini, yeniliklərin, kadr dəyişikliklərinin olduğunu, kafedra olaraq çox yeniliklərə imza atdıqlarını deyib.  Eyni zamanda, yeni texnologiyaların, avadanlıqların nəzərə alınmalı olduğunu vurğulayıb. Cərrahın sözlərinə görə, əsas önəmli məsələ vətəndaşlara düzgün cərrahi xidmət göstərməkdir.

Digər namizədlərlə əlaqə yaratmağa çalışsaq da, mümkün olmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir