Modern.az

Azərbaycanda almanlara aid bədii film çəkilir - Rəsmi qurumlarsa olaya biganədir...

Azərbaycanda almanlara aid bədii film çəkilir - Rəsmi qurumlarsa olaya biganədir...

13 Sentyabr 2017, 14:34

Çəkilişləri bir neçə aydır davam edən “Şollerin arxivi” bədii filmi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu barədəd Modern.az-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
Onun sözlərinə görə, triller janrıda lentə alınan ekran əsərinin rejissoru, tanınmış kinematoqrafçı Adil Qulamov, quruluşçu operatoru isə Fahir Səmədoğludur.

Filmdə Əjdər Zeynalov, Şirzad Pirallahı, Sabir Məmmədov, Rövşən Kərimduxt, Ramiz Vəliyev kimi aktyorlar rol alıblar.

Müsahibimizn sözlərinə görə, filmdəki hadisələr ötən əsrin 40-cı illərindən Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Çəkilişlər Gəncə, Xanlar, Tovuz və Bakıda aparılır. 

“Biz bu filmdə alman ailəsinin timsalında insan dramı göstərməyə çalışmışıq. Eyni zamanda, filmdə xalqımızın multikultural dəyərlərə sadiq qalması da nəzərdən qaçmayıb. Çox koloritli filmdir. Çəkilişlərimiz fasiləsiz davam edir”.

C.Qasımov onu da deyib ki, filmdə baş verən hadisələr real həyatdan götürülüb: “Almanları sürgün edəndə babama bələkdə bir uşaq vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim kömək etsəydi, həmin adamı Azərbaycanda cəza gözləyirdi. O sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı babam gizlincə götürüb saxlayıb. Sonra da 1945-ci ildə Şoller nəvəsinin dalınca gəlib…”.

Cəlaləddin Qasımov onu da əlavə edib ki, almanların Azərbaycana gəlişinin 200 iliyi ilə əlaqədar ölkə başçısı tərəfindən sərəncam imzalanıb. Filmin çəkiliş heyəti bu sərəncamdan irəli gələrək, müvafiq qurumlardan kömək gözləsə də, dəstək ala bilməyib:

“Ölkə başçısı ötən ilin avqustunda Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb. 

Sərəncamda Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı kimi təbliğində böyük əhəmiyyəti nəzərə alaraq, Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200-cü ildönümünün layiqincə qarşılanmasını təmin etməyin vacibliyi bildirilib. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayıb həyata keçirmək tapşırılıb. 

Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.

Təəssüf ki, biz “Şollerin arxivi” bədii filminin çəklişi zamanı heç bir dövlət qurumundan ya da hansısa şirkətdən kömək ala bilmədik. Bütün çəkilişləri öz hesabımıza gerçəkləşdiririk”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər