Modern.az

Bankomatdan oğurluq etmək istəyənlər saxlanıldı - FOTO

Bankomatdan oğurluq etmək istəyənlər saxlanıldı - FOTO

Aktual

13 Sentyabr 2017, 14:45

Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb.

 

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Qeyd edək ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankamatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımı avadınlıqlar götürərək bankamatın içində olan seyfi qıraraq oğurluq etməyə cəhd göstəriblər.

 

 

 Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədən zaman istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır