25 sentyabr 2017, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - “Qarabağ” bizim çempionata görə belə uduzdu
“Qarabağ” bizim çempionata görə belə uduzdu
13.09.2017, 15:33

Aydın BAĞIROV

 

O çempionat və onu oyuncağa çevirən möhtərəm ağalar barədə, türk telekanallarının gurultulu anonsu olmasın, az sonra... Biz hələ ki, gedək İngiltərəyə, dünənki “Çelsi” – “Qarabağ” oyununa.

 

Hə, 0:6 istənilən komanda üçün çox pis məğlubiyyət, heç vaxt silinməyəcək bir qara ləkə kimidi. Nə qədər təmizləsən də, izi həmişə qalacaq. Amma bu məğlubiyyət ümummilli faciə deyil. Çempionlar Liqasında altı da yox, yeddi, hətta səkkiz top fərqi ilə uduzan komandalar olub. Son 4-5 ildə Avropanın tanınmış klublarından “Malmö” “Real”a 0:8, “Bazel” və “Şaxtyor” “Bavariya”ya 0:7, daha əvvəl - 2007/2008-ci il mövsümündə “Beşiktaş” elə İngiltərənin başqa bir təmsilçisi – “Liverpul”a 0:8 hesabı ilə uduzmayıbmı?

Gəlin, bir az sakitləşəyin. Qarşıda ÇL-də daha 5 oyunumuz var. Bu nəhəng yarışın, böyük komandalarla oyunlarımızın həyəcanını, zövqünü yaşayağın. Çünki bilmək olmaz, bu gedişlə bəlkə gələn ildən başlayaraq hələ uzun illər Çempionlar Liqasının qrupuna həsrət qalacağıq (məlum, artıq şərtlər dəyişir, qrupa düşmək yolu bizim çempion komanda üçün daha da çətinləşir).

 

***

 

Əlbəttə, Qurban Qurbanov özünün və futbolçularının səhvlərini yaxşı görür və bunu etiraf  edir. Ümid edək, "Roma" ilə Bakıdakı oyuna qədər neçə vaxtdı havalı olan Şehiç özünə gələcək, ya da ehtiyat qapıçı Anton Kanibolotski əsas heyətə. Ümid edək, Ansi Aqolli o oyuna qədər zədəsini sağaldacaq. Yoxsa italyanlar da “Çelsi” kimi bizim sol cinahda at oynatmaqda davam edəcək. Ümid edək, “Qarabağ”ın müdafiə xətti daha dünənki qədər boşluqlar buraxmayacaq.

Və həm də ona ümid edək ki, bu gün “Qarabağ”ı nahaqdan topa tutan, futbolla yaxından maraqlanmayan əziz insanlarımız vaxt tapıb heç olmasa bir dəfə "Çelsi"nin özü və İngiltərə çempionatındakı oyunları ilə maraqlanacaqlar.

 

***

 

Bu yay “Çelsi” “Real”dan aldığı hücumçu Alvaro Morataya görə 80 milyon avro ödədi. 80 milyon avro bugünkü məzənnə ilə 162 milyon manat edir. 162 milyon manat isə indiki "Qarabağ"ın hardasa 10-12 illik büdcəsidi. İki komanda arasında bu və buna bənzər daha onlarla fakt sadalamaq olar. Amma təkcə bu bircə fakt yetərlidi ki, klublar arasında həm büdcə, həm futbolçu, həm səviyyə fərqini görə biləsən.

 

Lakin peşəkar futbolda klublar yalnız səs-küylü transferləri, futbolçuları, məşqçiləri, doğru idarəetməsi, güclü maliyyə dayaqları ilə yox, həm də iştirak etdiyi ölkənin çempionatının səviyyəsinə görə böyüyür, inkişaf edir.

 

İngiltərədə “Çelsi”nin iştirak etdiyi çempionatı Premyer Liqa adlandırırlar. Azərbaycanda “Qarabağ”ın iştirak etdiyi çempionatı da. Onlarda həmin yarışda 20 komanda oynayır, bizdə 8. Orda hər gün qabağa gedirlər, bizdə hər gün dala. Orda klublar özündən asılıdı, bizdə 8 komandadan 5-i federasiyadan. Oranın Ramin Musayevi “Mançester Yunayted”in işinə müdaxilə edə bilməz, amma bizim Ramin Musayev Tərlan Əhmədovu “Neftçi”yə gətirə bilər. Orda birinci diviziondan Premyer Liqaya çempion və vitse-çempionları buraxırlar, bizdə isə ancaq Rövnəq Abdullayevin oğlunun komandasını. Oranın AFFA-sı ilə PFL-i futboldan pul qazanır, bizim AFFA ilə PFL futboldan pul yeyir. Oranın Rövnəq Abdullayevi hər gün işə çıxır, bizim Rövnəq Abdullayev heç vaxt işə çıxmır (futbolda).

 

Orda “Çelsi” ilə rəqabət apara biləcək bəlkə 15 komanda var, bizdə “Qarabağ”la oynaya biləcək cəmi 1 komanda. Orda “Çelsi”nin hər oyununa 40 min adam gəlir, bizdə “Qarabağ”ın oyununa 500 adam. Ordakılar futbol məktəblərini öz ölkəsində, kəndində, kəsəyində açırlar, bizdəkilər yad və uzaq Almaniyada. Ordakılar klublar üçün futbolçuları İngiltərənin Tovuzunda axtarırlar, bizimkilər Dağıstanın Xasavyurtunda…

 

Orda Premyer Liqanı yaşadırlar, bizdə əzə-əzə məhv edirlər. Və bütün bu eybəcərliklərdən sonra sənin bir komandan AFFA-nın, PFL-in cənginə düşməkdən qurtulmağı bacarır, öz gücü ilə Çempionlar Liqasının qrupuna düşür. “Çelsi” ilə oynayır, sənə heç vaxt unutmayacağın bir futbol gözəlliyi yaşadır.

 

0:6-nı bir kənara qoyun, əsl futbolun dadını çıxarın, onu nəfəsinizə çəkin.

 

… Onsuz da bizim futbolda hər gün zəhər uduruq.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...
25.09.2017, 15:18

Azərbaycanın Türkiyədəki keçmiş səfiri diplomatiyadan gedir...

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
25.09.2017, 15:16

Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI

“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib
25.09.2017, 15:14

“Həmrəylik” gənclərin yay düşərgəsi keçirilib

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..   
25.09.2017, 15:08

Etibar Məmmədov AMİP sədrliyinə qayıdır?..  

İki erməni əsgər güllələnib
25.09.2017, 14:56

İki erməni əsgər güllələnib

Ermənistanda partlayış: yaralananlar var
25.09.2017, 14:49

Ermənistanda partlayış: yaralananlar var

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ    
25.09.2017, 14:44

Atalar və övladlar - “Avtobusda bir kişi atamın qulağına pıçıldadı ki, Adil Mirseyid intihar edib” - LAYİHƏ  

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı
25.09.2017, 14:35

Beynəlxalq Xəzəryanı gənclər forumu başa çatdı

Jurnalist Natiq Məmmədlidən cümhuriyyətlə bağlı yazıçılara MÜRACİƏT 
25.09.2017, 14:28

Jurnalist Natiq Məmmədlidən cümhuriyyətlə bağlı yazıçılara MÜRACİƏT 

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...
25.09.2017, 14:21

Xaricdəki iş adamlarımızı Azərbaycana gətirmək üçün nə etməliyik...

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi   
25.09.2017, 14:13

“Dövlətqaçqınkom” kəlbəcərli köçkün ailəsinə söz verdi  

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu   
25.09.2017, 14:07

“Qarabağ” - “Roma” matçının hakimləri bəlli oldu  

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər   
25.09.2017, 14:05

Müxalifət partiyaları Milli Şuranın mitinqinə qiymət verdilər  

Yevlaxda güllələnmə...   
25.09.2017, 13:20

Yevlaxda güllələnmə...  

Qəbiristanlıqda oğurluq   
25.09.2017, 13:18

Qəbiristanlıqda oğurluq  

Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA   
25.09.2017, 13:11

Vergilər Nazirliyindən “AAAF Park”ın yoxlanmasına dair AÇIQLAMA  

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT
25.09.2017, 13:08

İnsan ətindən konserv düzəldən ailə saxlanıldı – DƏHŞƏT

Jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib   
25.09.2017, 13:07

Jurnalist Flora Xəlilzadəyə ağır itki üz verib  

BANM-ın 18 məzunu “Azneft”də işlə təmin edildilər
25.09.2017, 13:00

BANM-ın 18 məzunu “Azneft”də işlə təmin edildilər

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?
25.09.2017, 12:52

Kürdüstanın müstəqilliyi Yaxın Şərqə nə verəcək?

Azərbaycanlı diplomat ABŞ-ın "International Policy Digest" saytında Qarabağldan yazdı   
25.09.2017, 12:32

Azərbaycanlı diplomat ABŞ-ın "International Policy Digest" saytında Qarabağldan yazdı  

Sabahın havası - yağış gözlənilir   
25.09.2017, 12:24

Sabahın havası - yağış gözlənilir  

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə
25.09.2017, 12:23

 “İrəli” gəncləri  Şərq tərəfdaşlığı ölkələrinin birlikdə keçirdiyi layihədə

Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz? - SORĞU   
25.09.2017, 12:17

Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz? - SORĞU  

Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi
25.09.2017, 12:04

Bəxtiyar Vahabzadənin kürəkəni vəfat etdi

Təzə ildə Bakıda yeni metrostansiya açılacaq
25.09.2017, 12:00

Təzə ildə Bakıda yeni metrostansiya açılacaq

Avropa Birliyi Merkelin qələbəsini qeyd edir
25.09.2017, 11:55

Avropa Birliyi Merkelin qələbəsini qeyd edir

Şam işığında dərs hazırlayan kəlbəcərli köçkünlər ölkə rəhbərliyinə müraciət etdilər - VİDEO
25.09.2017, 11:49

Şam işığında dərs hazırlayan kəlbəcərli köçkünlər ölkə rəhbərliyinə müraciət etdilər - VİDEO

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu 
25.09.2017, 11:46

ATU-da 3 aylıq uşaq nadir əməliyyat olundu 

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”   
25.09.2017, 11:43

Bakı Metropoliteni: “Qatarlarımızda kondisioner yoxdur, amma təbii hava var”  

ATƏT niyə Naxçıvanda da monitorinq keçirmir...    
25.09.2017, 11:39

ATƏT niyə Naxçıvanda da monitorinq keçirmir...  

Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi
25.09.2017, 11:19

Bakıdakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi

Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir   
25.09.2017, 11:14

Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddəsi sərtləşdirilir  

İraq Kürdüstanı müstəqillik referendumuna başladı
25.09.2017, 10:55

İraq Kürdüstanı müstəqillik referendumuna başladı

Erməni deputatlar Bakını tərk etdilər   
25.09.2017, 10:55

Erməni deputatlar Bakını tərk etdilər  

ARXİV
SORĞU
Qarabağ” - “Roma” oyunundan nə gözləyirsiniz?
Heç-heçə(64.2%)
“Qarabağ” qələbə qazanacaq(28.5%)
“Roma” qalib gələcək(7.14%)