Modern.az

SSRİ-nin mirası – Daha hansı ölkələrdə Yazıçılar Birliyi mövcuddur?

SSRİ-nin mirası – Daha hansı ölkələrdə Yazıçılar Birliyi mövcuddur?

Ölkə

13 Sentyabr 2017, 16:15

Yazıçılar Birliyi SSRİ və digər sosialist təmayüllü dövlətlərdə yaradılmış, mədəniyyət xadimlərini öz sıralarında birləşdirən ictimai təşkilatlar idi. Sosialist sisteminin süqutundan sonra Yazıçılar Birliyi tarixi bir təşkilat olaraq MDB və Şərqi Avropa ölkələrində hələ də fəaliyyət göstərir.

 

1934-cü ildə Moskvada əsası qoyulan SSSRİ Yazıçılar Birliyinin ilk sədri Maksim Qorki olub. Yaradıldığı il təşkilatın sıralarında 1500, 1989-cu ildə isə 9920 üzv olub.

 

Azərbaycan Yazıçılar Birliyi 1934-cü il iyunu 13-də Azərbaycan yazıçılarının I qurultayında təsis olunub. Birliyin ilk sədri Məmmədkazım Ələkbərli (1934-1936) olub. Sonrakı illərdə Yazıçılar Birliyinə Seyfulla Şamilov (1936-1938), Rəsul Rza (1938-1939), Süleyman Rəhimov (1939-1940), Səmər Vuröun (1941-1944), Süleyman Rəhimov (1944-1945), Səməd Vurğun (1945-1948), Mirzə İbrahimov (1948-1954), Mehi Hüseyn (1954-1965), Mirzə İbrahimov (1965-1975), İmran Qasımov (1975-1981), Mirzə İbrahimov (1981-1986), İsmayıl Şıxlı (1986-1987) və Anar (1987-) rəhbərlik edib.

 

Rusiya Yazıçılar Birliyi – 1958-ci ildə yaradılan bu təşkilat 1991-ci ildə SSRİ-nin süqutu ilə 2 yerə: Rusiya Yazıçılar Birliyi (vətənpərvərlər qanadı) və Rusiya Yazıçılar Birliyi (demokratik qanad) parçalanıb.

 

Belarus Yazıçılar Birliyi – 1934-cü il iyunun 14-də yaradılıb. 1991-ci ildə Sovet Belarusiyasının süqutu ilə fəaliyyətini dayandırmış və 2005-ci ildə yenidən bərpa etmişdi. 2011-ci ildən yaradıcılıq birliyinə Boris Saçenko başçılıq edir.

 

Qazaxıstan Yazıçılar Birliyi – 1934-cü il iyunun 12-də yaradılıb. İttifaqın ilk rəhbəri Saken Seyfullin olub. O 1939-cu ilə qədər quruma rəhbərlik edib. 1996-cı ildən bəri Qazaxıstan Yazıçılar Birliyinə Nurlan Orazalin sədrlik edir.

 

Ermənistan Yazıçılar Birliyi – 1934-cü il avqustun 15-də Yerevanda yaradılıb. 2013-cü  ilin oktyabrından quruma Edvard Militonyan başçılıq edir.

 

Ukrayna Milli Yazıçılar İttifaqı – 1934-cü ildə yaradılıb. Onun ilk sədri yazıçı İvan Kulik (1934-1937) olub. 2014-cü ildən bəri isə təşkilata Mixail Sidorjevski başçılıq edir.

 

Bundan başqa, Moldova, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Litva və Latviya kimi keçmiş sovet respublikalarında, həmçinin kommunist rejiminin yardım əsr hökm sürdüyü Rumıniya. Bolqarıstan, Serbiya və Bolqarıstan respublikalarında, Çində Yazıçılar İttifaqı bu gün də mövcuddur.

 

 

 

 

                                                  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir