Modern.az

Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü

Mehriban Əliyeva yaralı zabitin müalicəsini üzərinə götürdü

Aktual

13 Sentyabr 2017, 16:18

Xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

 

Bu barədə Modern.az-a ehtiyatda olan zabitin özü məlumat verib.

 

Kamil Musəvinin bildirib ki, səhhətində yaranan problemlərlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edilib.

 

“Bir müddət idi ki, ayağımda və başımda ciddi ağrılar başlamışdı. Ciddi müayinəyə və müalicəyə ehtiyacım yaranmışdı. Mehriban xanıma müraciət etdik. Dərhal da müsbət cavab aldıq. Artıq Mehriban xanım Əliyevanın tapşırığı ilə müayinə olunmaq üçün Bakıya dəvət olunmuşam. Bizə dedilər ki, ailəmlə qalmaq üçün bizə şəhərdə mənzil də veriləcək. Yaxın zamanda bizim görüşümüz olmalıdır”.

 

Ehtiyatda olan yaralı zabit göstərilən diqqətə görə həm birinci vitse-prezident Mehriban Əliyevaya və sadə vətəndaşlara öz minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Kamil Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar