Modern.az

Lütfi Zadə adına Beynəlxalq Akademiya alimə anım günü keçirəcək  

Lütfi Zadə adına Beynəlxalq Akademiya alimə anım günü keçirəcək   

13 Sentyabr 2017, 17:14

Ötən həftə dünyanın nəhəng alimlərindən biri sayılan professor Lütfi Zadə 96 yaşında dünyasını dəyişdi. Lütfi Zadənin elmi irsinin və adına olan institutun rəhbəri həmyerlimiz professor Rafiq Əliyevdir. Lakin Lütfi Zadənin elmi nəzəriyyələrini, gördüyü işləri Azərbaycanda təbliğ etmək üçün başqa bir layihə də irəli sürülüb.

1999- cu ildə Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Akademiya 2014- cü ildən Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir . Bu qurumun prezidenti akademik Asif Hacıyevdir. Qurumun vitse-prezidenti, Lütfi Zadə ilə yaxın elmi əlaqələri olan alim Fuad Qurbanov Modern.az-a açıqlamasında Zadənin xatirəsini yad etmək üçün bir sıra işlər görəcəklərini bildirib:

“Bakı Dövlət Universitetində Lütfi Zadənin  anım gününü keçirmək istəyirik. Rektorla da bu barədə məsləhətləşəcəyik. Dəqiq vaxt bilinən kimi sizi də işıqlandırmaq üçün dəvət edəcəyik. Ümumiyyətlə, bizim Lütfi Zadə adına akademiya hər zaman onu yad edib. Onunla bağlı tədbirlər təşkil edib, yubileylərini keçirib”.

Fuad Qurbanov həmçinin, Lütfi Zadə ilə bağlı kitab yazdığını və kitabın gələn il çapdan çıxacağını bildirib:

“Hazırda Lütfi Zadə ilə bağlı “Lütfi Zadə fenomeni” adlı kitab yazıram. Kitab gələn il, Zadənin il mərasiminə qədər çapdan çıxacaq”.


N.Nihad

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu