Modern.az

Metrostansiyaların girişindəki “çadır-bazar”lar kimindir... - AÇIQLAMA  

Metrostansiyaların girişindəki “çadır-bazar”lar kimindir... - AÇIQLAMA   

13 Sentyabr 2017, 17:23

Yeni tədris ilinin başlaması ilə əlaqədar metro stansiyalarının çıxışlarına yaxın ərazilərdə məktəb ləvazimatlarının satışının təşkil olunması məqsədilə çadırlar qurulub. Şəhər sakinləri bu çadırları əsasən Yeni il və Novruz bayramlarında görməyə vərdiş ediblər. Bəzi məlumatlara görə, çadırlar Bakı meri Hacıbala Abutalıbovun kurasiyasındadır və onun göstərişilə qurulub...

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov Modern.az-a açıqlamasında çadırların təmsil etdiyi qurum tərəfindən qurulduğunu bildirib:

 

“Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiyasının qərarı ilə metro stansiyalarının giriş-çıxışına yaxın ərazilərdə 20-ə yaxın çadır qurulub. Orada məktəblilər üçün dərs vəsaitləri, dəftərxana ləvazimatları satılır”.

Ə.Bağırov çadırların şəhər merinin monopoliyasında olması iddiası ilə razılaşmayıb:

“Hacıbala müəllim özbaşına hansısa qərar vermir. Ümumi qərar verilib, sentyabrın 25-30-na qədər də çadırlarda satış davam edəcək. Bütün bunlar şəhər sakinlərinin rahat alış-verişinin təmininə xidmət edir. Axı, belə çadırlar Hacıbala müəllimin nəyinə lazımdır?! Belə söhbətlər həqiqəti əks etdirmir . Bu cür məlumatlarla görülən işə kölgə salmağa çalışırlar”.

Qurum rəsmisinin sözlərinə görə, çadırlarda ticarətlə məşğul olanlar əsasən aztəminatlı ailələrdən olan insanlardır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir