Modern.az

Əbülfəs Qarayev Nazirlər Forumunda çıxış edib  

Əbülfəs Qarayev Nazirlər Forumunda çıxış edib  

13 Sentyabr 2017, 17:54

Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının 22-ci Baş Assambleyasının açılış mərasimi və Davamlı Turizm mövzusunda yüksək səviyyəli Nazirlər Forumu keçirilib.

Açılış mərasimində Çinin Milli Turizm Administrasiyasının sədri Li Sinzao və BMÜTT-in baş katibi Taleb Rifai çıxış edərək Assambleyanı açıq elan etdilər. Daha sonra Turizm və Davamlı inkişaf məqsədləri mövzusunda yüksək səviyyəli nazirlər forumu keçirilib.

CNN İnternational telekanalının müxbiri Riçard Kuestin moderatorluğu ilə keçirilən forumda BMÜTT-in baş katibi Taleb Rifai, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri, BMÜTT-nin İcraiyyə Şurasının sədri Əbülfəs Qarayev, Misir, Mərakeş, Kolumbiya, Gürcüstan, Filippin, İsveçrənin turizm sahəsinə cavabdeh olan nazir və komitə rəhbərləri, Turizm Etikası üzrə Dünya komitəsinin rəhbəri çıxış ediblər. Nazir Əbülfəs Qarayev çıxışında ölkəmizdə həyata keçirilən turizm layihələri barəsində ətraflı məlumat verib. Çıxış edənlər yaxın gələcəkdə davamlı inkişaf məqsədlərinə çatmaq üçün cəmiyyətin bütün üzvlərinin birlikdə əməkdaşlıq etmələrinin, habelə turizm sahəsinin inkişafı üçün dövlət orqanlarının özəl sektorla sıx əməkdaşlıq qurmalarının vacibliyini qeyd ediblər.

Daha sonra Baş Assambleyanın 1-ci sessiyasında çıxış edən nazir İcraiyyə Şurasının 2017-ci il üzrə hesabatını və 106-cı iclasın nəticələrini üzv ölkələrin diqqətinə çatdırıb. Bununla yanaşı, tədbir çərçivəsində Baş Assambleyanın şərəfinə təşkil edilən ağacəkmə mərasimində nazir Əbülfəs Qarayev də iştirak edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir