20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub
Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi qeyd olunub +
13.09.2017, 17:57

Sentyabrın 13-də Atatürk Mərkəzində Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad olmasının 99 illiyi münasibətilə “Bir millət iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” mövzusunda tədbir keçirilib.

İctimai birliyin sədri Emin Həsənli 99 il əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun paytaxta daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsindən danışıb:

“Azərbaycan-Türkiyə əlaqələrini ulu öndərimiz “Bir millət iki dövlət adlandırıb. Bakının işğaldan azad edilməsi tarixi hadisədir. Bakıda Nuru Paşanın komandanlığı altında erməni-bolşeviklərin soyqrımına son qoyuldu. Və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya köçdü. Müstəqillikdən sonra da Azərbaycanın müqtəqilliyini ilk olaraq Türkiyə tanıdı. Hərbi, siyasi, iqtisadi əlaqələrimiz var. Məhz bu qardaşlığın nəticəsi olaraq Azərbaycanın təbii sərvətləri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, oktyabrın 28-i Türkiyə Cümhuriyyət bayramı ərəfəsində açılışı olacaq Bakı-Tbilisi-Axısqala dəmiryol xətti layihələrinə imza atıldı. Bu da onu göstərir ki, bütün siyasi-iqtisadi əlaqələrdə biri-birimizin yanındayıq, biz müttəfiqik. Ulu öndərimiz Mustafa Kamal Atatürkün təbirincə desək, “Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir”. Çanaqqala hadisələrində də 3 minə qədər azərbaycanlı döyüşçümüz iştirak edib, onların böyük əksəriyyəti şəhid olub. Maddi-mənəvi dəstək olub. Nəriman Nərimanova məktubunda böyük Mustafa Kamal Atatürk deyirdi, bilmirik bu qardaşlığı, borcu necə qaytaracağıq. Nəriman Nərimanov isə cavabında yazırdı ki, qardaş qardaşın əlindən tutar, boş verin. Azərbaycan həmişə Türkiyəyə dəstək olub, Türkiyə də Azərbaycana... 15 sentyabr şəhidlərinin xatirəsi həmişə yaşardır. O zaman da Fətəli Xan Xoyski, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov Cümhuriyyət qurucularını yüksək qiymətləndirib. Bu gün də yüksək qiymətləndirilir. Onların adına Şamaxıda, Göyçayda, Neftçalada məzarlıqlar, abidələr var. Bakıda Şəhidlər Xiyabanında böyük abidə ucaldılıb. Və daim bizim qəlbimizdə yaşayacaqlar”.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özorala söz verilib. O, Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, iki ölkə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə söykənir:
“Bu gün Türkiyə ilə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının səbəbləri çoxdur. Bəlkə də dünyada belə sıx dostluğa malik ölkələr yoxdur. Biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi dini, dili, soyu bir olan qardaş xalqlarıq. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir. Bu, 1918-ci ildə də belə olub. Türkiyə Azərbaycanı yanında gördükdə özünü daha güclü hiss edir. Bu gün Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri də iki ölkənin bir- birinə olan inamını göstərir. Bu gün Bakıdakı Atatürk Mərkəzində bir araya gəlməyimiz 1918-ci ildə verdiyimiz şəhidlərimizin sayəsindədir. Onlara Allahdan rəhmət diləyirik. Bu gün bir arada olduğumuza görə Nuru Paşaya, Atatürk və Heydər Əliyeva, prezident İlham Əliyevə təşəkkür edirik”.

Millət vəkili Qüdrət Həsənquliyev də öz növbəsində deyib ki, 15 sentyabrda Bakının azad olunmasına görə əbədi olaraq Türkiyəyə minnətdarlıq bildirməliyik. Deputat dəfələrlə parlamentdə Bakıda Nuru Paşaya abidə ucaldılması ilə bağlı təklif irəli sürdüyünü xatırladıb: “Azərbaycanla Anadolunun düşməni eynidir. İki qardaş ölkəni ayrı salmaq üçün edilən bütün cəhdlər alınmayacaq. Zamanla digər türk respublikaları da bu birliyə qoşulacaq”.

 

Deputat Hikmət Babaoğlu isə deyib ki, hər bir ölkənin tarixi ondan ibrət dərsi almaq üçün öyrənilməlidir: “Azərbaycan tarixində 15 sentyabr hadisələrinin xüsusi rolu var. Qafqaz İslam Ordusu Azərbaycana gələrkən Bakını işğaldan azad etməklə bərabər, çoxsaylı müsəlmanları ermənilərdən xilas etmiş oldu. Bu gəliş bugünkü müstəqil Azərbaycanın sərhədlərini müəyyənləşdirməklə bərabər ölkəmizin sovetlər birliyinə müstəqil subyektlərdən biri kimi daxil olmasına imkan yaradıb”.

 

Tədbirin davamında millət vəkili Aydın Hüseynov, Azərbaycan Türkiyə Sənayesi və İşadamları İctimai Birliyinin sədri Ali İhsan Genç, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasında yeni təyin olunmuş hərbi attaşesi briqada generalı Zafer Ocak, Dünya Gənd Türk Yazarlar Birliyinin sədri, Atatürk Mərkəzinin əməkdaşı Əkbər qoşalı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Azərbaycanın "Əsgər Anaları" Şurasının sədri, "El Gücü" Beynəlxalq Humanitar Assosiasiyasının vitse-prezidenti Leyla Gərayzadə çıxış edib, səslənən fikirləri bölüşüblər.


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Trampın BMT-dəki çıxışı – ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?
20.09.2017, 13:25

Trampın BMT-dəki çıxışı – ABŞ-ın yeni “şər üçbucağı”na kimlər daxildir?

Ziya Məmmədovun bacısının liseyində yoxlama başladı
20.09.2017, 13:25

Ziya Məmmədovun bacısının liseyində yoxlama başladı

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi   
20.09.2017, 13:20

Üzeyir Hacıbəylinin əsərlərinə  kölgə salan atmacalara cavab verildi  

Bel ağrıları və disk yırtıqlarında əməliyyatsız üsul - BİR İYNƏ İLƏ MÜALİCƏ
20.09.2017, 13:17

Bel ağrıları və disk yırtıqlarında əməliyyatsız üsul - BİR İYNƏ İLƏ MÜALİCƏ

Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı   
20.09.2017, 12:59

Qafqaz Müsəlmanları İdarəsinin saytı fəaliyyətini dayandırdı  

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır   
20.09.2017, 12:43

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır  

Türkiyədə iki avtobus toqquşdu - 41 yaralı
20.09.2017, 12:38

Türkiyədə iki avtobus toqquşdu - 41 yaralı

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa
20.09.2017, 12:33

Nazirlik jurnalistləri Qəbələ və Oğuza apardı – məktəblərlə tanış olmağa

Sabahın hava PROQNOZU açıqlandı  
20.09.2017, 12:31

Sabahın hava PROQNOZU açıqlandı  

“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ   
20.09.2017, 12:24

“Allahşükür Paşazadəyə qarşı olanlar Rusiyanın agentləridir” - MÜSAHİBƏ  

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb
20.09.2017, 12:16

UNEC rektoru prezident təqaüdçüləri ilə görüşüb

Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı
20.09.2017, 12:13

Biləsuvarda 5 nəfərin ölümünə səbəb olan sürücü saxlanıldı

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...
20.09.2017, 12:10

Misir Mərdanov, Ziya Məmmədov, Allahşükür Paşazadəyə qədər...

Ekoloji qanunvericiliyi pozanlar cərimələndilər
20.09.2017, 12:09

Ekoloji qanunvericiliyi pozanlar cərimələndilər

Gəncədə 11 evdən oğurluq edən tutuldu
20.09.2017, 12:07

Gəncədə 11 evdən oğurluq edən tutuldu

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı
20.09.2017, 12:05

Yuxarı Qarabağ Kanalından qadın meyiti tapıldı

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib  
20.09.2017, 12:00

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev vəfat edib  

Vəkili Akif Çovdarova bəraət istəyib
20.09.2017, 11:50

Vəkili Akif Çovdarova bəraət istəyib

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə....   
20.09.2017, 11:49

14 gün keçdi... Lütfi Zadənin nəşi Bakıya gətirilməsə....  

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var
20.09.2017, 11:42

12 yaşlı ananın dünyaya gətirdiyi körpədən yeni xəbər var

Məkəzi Bank manatın indiki məzənnəsini qorumaqda maraqlıdır
20.09.2017, 11:36

Məkəzi Bank manatın indiki məzənnəsini qorumaqda maraqlıdır

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı
20.09.2017, 11:35

Şeyxin qudasının oğlunun şikayəti təmin olunmadı

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirildi
20.09.2017, 11:32

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirildi

Elmar Məmmədyarov işğal olunmuş ərazilərlə bağlı İƏT-in üzvlərinə müraciət etdi   
20.09.2017, 11:27

Elmar Məmmədyarov işğal olunmuş ərazilərlə bağlı İƏT-in üzvlərinə müraciət etdi  

Azərbaycan prezidenti BMT Baş Assambleyasında çıxış edəcək
20.09.2017, 11:04

Azərbaycan prezidenti BMT Baş Assambleyasında çıxış edəcək

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib
20.09.2017, 11:00

ADU-nun müəllimi Koreyada təlim proqramında iştirak edib

İndoneziya səfiri ADU-da dərs keçib
20.09.2017, 10:59

İndoneziya səfiri ADU-da dərs keçib

Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir
20.09.2017, 10:52

Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir

Trampı “yeni Hitler” adlandırdılar
20.09.2017, 10:10

Trampı “yeni Hitler” adlandırdılar

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə Qarabağla bağlı çağırış etdi
20.09.2017, 10:02

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrinə Qarabağla bağlı çağırış etdi

Meksikada 7 bal gücündə zəlzələ: 226 ölü
20.09.2017, 10:00

Meksikada 7 bal gücündə zəlzələ: 226 ölü

Yaxın zamanlarda bələdiyyələrin torpaq davasına son qoyula bilər
20.09.2017, 09:58

Yaxın zamanlarda bələdiyyələrin torpaq davasına son qoyula bilər

“Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”
20.09.2017, 09:58

“Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA   
20.09.2017, 09:46

Dövlət Bayrağı Meydanının bayrağı niyə yerinə asılmır?.. - AÇIQLAMA  

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?   
20.09.2017, 09:26

Sahibkarların yoxlanmasına qoyulan qadağanın müddəti başa çatır - Nə dəyişdi?  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.5%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.31%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.6%)
- Məhərrəmlık əsl İslama ziddir(30.4%)