Modern.az

Neftin qiyməti 55 dolları ötdü

Neftin qiyməti 55 dolları ötdü

13 Sentyabr 2017, 20:02

Dünya birjalarında neft bahalaşıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,72 faiz artaraq 49,06 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 faiz artaraq 55,01 dollar olub.

Beləliklə, Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir