Modern.az

Moskvada 20 min insan təxliyə olunub

Moskvada 20 min insan təxliyə olunub

13 Sentyabr 2017, 20:57

Moskvada bir neçə vağzal, ticarət mərkəzi və ali məktəbdə partlayış təhlükəsi barədə daxil olan anonim zənglərə görə 20 min nəfər təxliyə olunub.  Modern.az axar.az-a istinadən  xəbər verir ki, Rusiya paytaxtının bir sıra obyektlərinə, o cümlədən Qırmızı meydana bomba qoyulması barədə anonim zənglərdən sonra ümumilikdə 23 obyektdə təxliyə həyata keçirilib.

 

Moskvada Kiyev, Yarovslavl, Kazan vağzalları, “Metropolis” ticarət mərkəzi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və İ.M.Seçenev adına Moskva Dövlət Tibb Universitetindən insanlar küçəyə çıxarılıb.

 

Hüquq mühafizə orqanları zəng vuranları axtarır.

 

Ümumilikdə sentyabrın 13-də Rusiyanın 17 şəhərində 190-dan çox obyekt yoxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir