Modern.az

İnsan ömrünü uzadan İDMAN NÖVLƏRİ

İnsan ömrünü uzadan İDMAN NÖVLƏRİ

Aktual

13 Sentyabr 2017, 21:59

Tibb alimləri insan ömrünü uzadan, həyat keyfiyyətini yaxşılaşdıran idman növlərinin adlarını açıqlayıblar. 12 il müddətində aparılan tədqiqatların nəticələri maraqlı olmaqla yanaşı, hən də sağlamlığının qayğısına qalan insanlar üçün dəyərli məlumatdır.

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazını təqdim edir.

 

Alimlərin qənaətinə görə ömrü uzadan idman növlərinə tennis və badminton liderlik edir. Tədqiqatlardan aydın olub ki, bu idman növlərində hərəkətlilik, bütün orqanizmin daha çox fəal olması ürək-damar xəstəliklərinin yaratdığı ölüm riskini 56 faiz aşağı salır. Bu oyunlar yarış xarakteri daşıdığından, yəni “rəqib” tərəfin də olması beyin fəaliyyətini də fəallaşdırır ki, bu da öz növbəsində sağlamlığa müsbət təsir göstərir.

 

Üzgüçülük oynaqları gücə salmadan bütün əzələləri “işlədən” idman növüdür. Digər bir tərəfdən bu idman növü vasitəsilə insan daha çox su ilə təmasda olur ki, bu da orqanizm üçün olduqca faydalıdır. Məhz bu idman növü ilə ürək-damar xəstəliklərinə tutulma riskini 41 faiz aşağı salmaq olar. 

 

Aerobika və gimnastika da sağlamlıq üçün ən faydalı idman növlərinin sırasındadır. Bu idman növləri ilə məşğul olmaqla ürək-damar xəstəliklərinin yaranmasını  36 faiz aşağı endirmək olar.

 

Alimlər qeyd ediblər ki, fiziki fəallıq insan sağlamlığı üçün ən vacib şərtlərdəndir. Xüsusilə də, gənclik illərini arxada qoymuş insanlar buna daha çox diqqət və vaxt ayırmalıdırlar. Ancaq bir şərtlə, idman müntəzəm və qədərində olmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür