Modern.az

Qiymətinə görə şadlıq sarayları ilə yarışan Mərasim evləri - Video

Qiymətinə görə şadlıq sarayları ilə yarışan Mərasim evləri - Video

13 Sentyabr 2017, 23:45

Son vaxtlar mərasim evlərində qiymətlər artır. İlk vaxtlar adambaşı menyu hesabı ilə qiymətlər 5-6 manatdan başlayırdısa, indi minimal qiymət 10 manatdır.

Modern.az  "Xəzər xəbər"ə istinadən xəbər verir ki, hətta elə mərasim evləri var ki, menyu qiyməti 20 manatı keçir. Orta vəziyyətli mərasim evlərinin 1 günlük kirayə qiymətləri 300-500 manat arasında dəyişir və bu da zalın genişliyindən asılıdır. Menyu qiymətləri isə 10 manatdan başlayaraq 15 manata qədər artır.

 

Yalnız bir nəfər - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən mərasim evinin sahibi Vüqar Rüstəmov bildirib ki, istənilən halda müştərilərlə qiymətdə razılığa gəlinir. Ancaq elə müştərilər də olur ki, menyuya əlavələr etmək istəyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır