Modern.az

ABŞ Dövlət Departamenti Mehman Əliyevin azad edilməsini müsbət qiymətləndirir

ABŞ Dövlət Departamenti Mehman Əliyevin azad edilməsini müsbət qiymətləndirir

13 Sentyabr 2017, 23:58

ABŞ Turan İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyevi həbsdən azad edilməsi qərarını alqışlayır. Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert  ABŞ Dövlət Departamentinin Mehman Əliyevin 11 sentyabr tarixində azad edilməsini müsbət qarşıladığını bildirib.

Hizer Noyert bildirib ki, ABŞ Dövlət Departamenti Mehman Əliyevə qarşı digər ittihamların ləğvini gözləyir.

Qeyd edək ki, Mehman Əliyev 2017-ci il avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, bu il sentyabrın 11-də ev dustaqlığına buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir