Modern.az

Kooperasiya Universitetində Elmi Şura toplandı

Kooperasiya Universitetində Elmi Şura toplandı

Aktual

14 Sentyabr 2017, 10:04

13 sentyabrda Azərbaycan Kooperasiya Universitetində universitetin Elmi Şurasının növbəti iclası keçirilib.

 

İclası giriş sözü ilə açan universitetin rektoru, millət vəkili, professor Eldar Quliyev ilk öncə yeni dərs ilinin başlanması münasibətilə öz təbriklərini çatdırdı.

 

O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, "Dövlətimizin həyata keçirdiyi təhsil siyasətinin uğurlu nəticəsidir ki, son illər ali məktəblərə tələbə qəbulu zamanı məzunlar daha yüksək bal toplayır, 700 bal toplayan abituriyentlərin sayı artır.

 

Əlbəttə, təhsilin digər sahələrində, texniki peşə, orta ixtisas və ali təhsil sahəsində uğurlar çoxdur. Universitetlərdə tələbələrin hərtərfli inkişafı, onların yüksək səviyyədə ali təhsil almaları üçün hər cür şərait yaradılıb". 

E. Quliyev Prezident Cənab İlham Əliyevin təhsilin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar barədə məlumat verdi.

 

Qeyd etdi ki, bu sahədə tədbirlər Azərbaycan Kooperasiya Universitetindən də yan keçməyib. Təhsil müəssisəsi öz işini müasir dövrün beynəlxalq tələblərinə uyğun qurmaqdadır. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi, tələbələrin müasir texnoloji yeniliklərlə tədris planlarını mənimsəməsi şübhəsiz ki, təqdirə layiq haldır.

 Tələbələrimiz həm təhsilləri, həm də ictimai-siyasi fəallıqları ilə respublika əhəmiyyətli tədbirlərdə, bilik olimpiadalarında, forumlarda, seminarlarda, idman yarışlarında iştirak edirlər.

Bu da onların universitetdə aldıqları təhsildən əlavə olaraq fərdi inkişafları üçün çox zəruridir. Sonra Elmi şuranın iclası gündəlikdə duran məsələlər üzrə davam etdirildi. İclasda universitetin Tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Elmi işlər üzrə prorektor Bəyalı Ataşov və doktorantura və magistratura şöbəsinin müdiri Elsəvər Kərimov çıxış etdilər.

 

Sonda rektor E.Quliyev yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq müvafiq göstəriş və tapşırıqlarını verdi. 

 

İclasdan sonra E. Quliyev fənn labaratoriyalarına, auditoriyalara, ümumilikdə dekanlıqların vəziyyətinə baxış keçirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir