Modern.az

“Kişinin var-dövləti olar da...” - Deputat ailəsindən yazanları məhkəməyə verəcək?  

“Kişinin var-dövləti olar da...” - Deputat ailəsindən yazanları məhkəməyə verəcək?   

14 Sentyabr 2017, 11:16

Mətbuatda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin  Çexiyada özünə mülk alıb, böyük biznes qurması barədə məlumat yayılıb.


Bildirilib ki, şeyxülislamın kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunur.

 

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı “Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

“Aynur KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat)”.


Media Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasının da fotosunu yayıb.

Məsələ ilə bağlı Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə Modern.az-a açıqlama verib.

Cavanşir Paşazadə bildirib ki, bu haqda 7-8 ildir ki,  məlumat yayılır.

“Neçə dəfələrlə bu barədə tapıblar, yazıblar və mən də cavab vermişəm. Zarafatca da demişəm ki, olanda nə olar ki? Mən istərdim ki olsun, kaş olaydı. Əfsuslar olsun ki, yoxdu. Bunların hamısı yalan mlumatlardır. Qoy yazsınlar da”.


“Əgər sizin və qardaşınızın haqqında yayılan bu məlumatlar doğru deyilsə, onda məhkəməyə müraciət edəcəksinizmi”
sualına Cavanşir Paşazadə belə cavab verdi:

“Mənimçün maraqlı deyil. Yazsınlar da. Onlar bizi söyməyib, döyməyib. Kişinin var-dövləti olar da. Mən deyirəm ki, yoxdur. Yayılan məlumatlar yalandır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi