Modern.az

Kapital Bankdan müəllimlər üçün endirimli kredit kampaniyası

Kapital Bankdan müəllimlər üçün endirimli kredit kampaniyası

14 Sentyabr 2017, 12:13

Kapital Bank 1 dekabr 2017-ci il tarixədək təhsil işçilərinə “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası təqdim edir.

Aksiya çərçivəsində Kapital Bank-a müraciət edən təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir. Həmçinin bəzi hallarda kredit komissiyasız və 8 000 AZN-dək zaminsiz veriləcək.

Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını Kapital Bank-dan alanlara şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur. Ümumi kredit şərtləri barədə ətraflı – //kapitalbank.az/loans/cash?hl=az

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir