Modern.az

Ərdoğan: Azərbaycanla əməkdaşlıq pik həddə çatacaq

Ərdoğan: Azərbaycanla əməkdaşlıq pik həddə çatacaq

Aktual

14 Sentyabr 2017, 12:17

TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak tərəfindən oxunan məktubunda deyilir.

 

Məktubda qeyd olunur ki, bu saziş beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi hesab olunur:

 

“Mən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, gələn il TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq".

 

Ərdoğan bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də bütün sahələrdə, xüsusilə energetika sahəsində bir-birini dəstəkləməyə davam edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar